Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1401/2021 18.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlu Kreditor Aqroservis ASC-nin Borclu oğluna qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Kreditor “Aqroservis ”ASC Borclu oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 2020-ci il tarixli 03/00048 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1700 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun cəmi 1720 manat məbləğin Borclu oğlundan alınaraq “Aqroservis ”ASC -nin hesabına ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər araşdırıb məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.2 və 276.2.2-ci maddəsinə görə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanarsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 279.2 və 279.2.1-ci maddəsinə görə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, ərizə kredit təşkilatı ilə bağlanmış kredit müqaviləsi ilə bağlı olduğundan və bu Azərbaycan Respublikası MPM-nin 276.2.2-ci maddəsinin tələblərinə əsasən əmr icraatı qaydasında baxılmalı olmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 278-279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Kreditor Aqroservis ASC-nin Borclu oğluna qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1401/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1401/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver