Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1422/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlu Kreditor X5 Borclu qarşı « aliment» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X8 ərizən ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1993-cü il təvəllüdlü Bərdə rayonunda anadan olmuş və Bərdə rayonu Şorəlli kəndində anadan olmuş, Bərdə rayonu Şorəlli kəndində yaşayan Borclu hər ay 14 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 və 06 may 2019-cu il tarixdə anadan olmuş X1 üçün alimentin tutulub ona ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Kreditor X8 ərizəni onunla əsaslandırmışdır ki, Borclu ilə 2015-ci ildə ailə qurmuşlar. Birgə yaşayış dövründə 2 (iki) uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə bir ildir ki, ayrı yaşayırlar. Həmin vaxtdan uşaqları ilə birlikdə valideynlərin evində yaşayır. Borclu ona uşaqların saxlanılması üçün heç bir yardım etmir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 17411043 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 23.10.1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Güloğlular kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İHB-nin Güloğlular İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 412 nömrəli, 19 mart 2021-ci il tarixli arayışdan görünür ki, X8 Bərdə rayon Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZ-İV № seriyalı 273311 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 06 may 2019-cu il tarixdə anadan olmuş X4 atası Borclu, anası X6r. Mülki işə əlavə olunmuş AZ-İİİ № seriyalı 718967 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 06 aprel 2016-cı il tarixdə anadan olmuş X2 atası Borclu, anası X6r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən iki uşağn saxlanması üçün aliment qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Göründüyü kimi, borclular kredit müqaviləinin şərtini pozaraq, borc müqaviləsinin ödənilməsini təmin etməmişlər. Ona görə də, hazırki tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab edirəm. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 276, 284-cü maddələrini rəhbər tutaraq əmr etdim: xx xxxxxx 1993-cü il təvəllüdlü Bərdə rayonu Şorəlli kəndində anadan olmuş, Bərdə rayonu Şorəlli kəndində yaşayan Borclu hər ay 14 yanvar 2016-cı il tarixdə anadan olmuş X2 və 06 may 2019-cu il tarixdə anadan olmuş X1 üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulub kreditor X7 ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1422/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1422/2021
30.03.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver