Məhkəmə qərarları › İş №2(021)-1427/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1427/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1427/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı xidmətinin X2 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi ” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı xidmətinin X2 Təsərrüfatı Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayonu Qorçu kənd sakini hazırda Bərdə rayon Qaratəpə kəndindıəə məskunlaşıb yaşayan Cavabdeh vurulmuş 1680 manat məbləğində ziyanın ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, iddia ərizəsi cavabdehin rəsmi qeydiyyatda olduğu yerə görə verilməmiş, bununla da ərazi aidiyyəti ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulmuşdur. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iddia ərizəsindən görünür ki, Cavabdeh Laçın rayonu Qorçu kəndində qeydiyyatdadır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı xidmətinin X2 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi ” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35,149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı xidmətinin X2 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi ” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar