Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1441/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı məhkəmədə Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi İddiaçı geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 11.03.2020-ci il tarixli, 06 saylı icra müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi məhkəməyə qədər həlli qaydası nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, bu cür iddialara, yəni Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh ilə aralarında bağlanmış11.03.2020-ci il tarixli, 06 saylı icra müqaviləsinin etibarsız hesab edilməsi üçün ilk növbədə iddiaçı qanunvericilikdə nəzərədə tutulmuş qaydada icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair bildirişi cavabdehə göndərməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə isə iddiaçının icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair bildirişi cavabdehə göndərilməsini sübut edən hər hansı sənəd aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin məhkəməyə qədər həlli və MPMnin 152-ci maddəsinin tələbinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Bu Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bərdə rayon Hüseynalılar kənd bələdiyyəsinin sədri İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1441/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1441/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver