Məhkəmə qərarları › İş №2(021)-1453/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1453/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1453/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Kreditor "xxxx"Açıq Səhmdar Cəmiyyətinin vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditоr "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə mürаciət edərək SR— 2045 markalı,700090 şassi nömrəli,A48356 mühərrik nömrəli taxılyığan kombayna görə 3000 manat məbləğdə ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun cəmi 3020.00(üç min iyirmi) manat məbləğin Borclu tutularaq "xxxx"Açıq Səhmdar Cəmiyyətinə (Aqrolizinq ASC) ödənilməsi bаrədə məhkəmə əmri çıxarılmаsını xаhiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2 və 279.2.1-ci maddələrinə əsasən, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə hesab edir ki, ərizəçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti lizinq təşkilatı olmaqla borclu ilə əmr icratı qaydasında baxılmalı olmayan müqavilə bağladığından və borc məbləğinin nə qədər olması aşkar olmadığından məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. MPM-in 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 278-279, 263, 264-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar