Məhkəmə qərarları › İş №2(021)-1506/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1506/2021

02.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1506/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, məhkəmə iclas kаtibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə regional ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi natariusuna qarşı “13.11.2012-ci il tarixli 4Ə-2-782 saylı Bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə regional ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi natariusuna qarşı “13.11.2012-ci il tarixli 4Ə-2-782 saylı Bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 vəkili X1 məhkəməyə ərizə göndərərək hazırki mülki işin baxılmamış saxlanması qərarına gəldikləri üçün iddia ərizəsinin işin baxılmamış saxlanması və sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi idarəsinə və Bərdə regional ASAN xidmət” mərkəzinin notariat kontorunun xüsusi natariusuna qarşı “13.11.2012-ci il tarixli 4Ə-2- 782 saylı Bağışlanma müqaviləsinin ləğv edilməsi” dair iddia ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar