Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1550/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs X6 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28.11.2020-cil tarixdə Bərdə rayonunda anadan olmuş X3 doğum faktının, atası X12 və anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 ilə 01.02.2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Maddi imkanları olmadığından 28.11.2020-ci il tarixdə anadan olmuş X13 adlı uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan onlara bildirmişlər ki, Azərbaycan Resbublikası Nazirlər Kobinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydaşının 2.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmalıdır. Bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hesab edir ki, 28.11.2020-cil tarixdə Bərdə rayonunda anadan olmuş X3 doğum faktının, o, cümlədən atası X12, anası isə Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək, həmçinin göstərmişdir ki, Röyal Məmmədovla 06 sentyabr 2017-ci ildə evlənmiş, həmin ytarixdə toyları olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X12 göstərmişdir ki, Ərizəçi ilə 06 sentyabr 2017-ci ildə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Nikahlarını 01.02.2021-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 28 noyabr 2020-ci ildə X15 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X8 atası olduğunu etiraf edir. 28 noyabr 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X15 onun qızıdır. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4, X14 və X1 Ərizəçi və X5 06 sentyabr 2017-ci ildə ailə qurduqlarını, onların birgə nikahlarından 28 noyabr 2020-ci ildə X15 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından X10 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rügional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ 412776 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 və X11 01 fevral 2021-ci ildə 94 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X9 X22 Poliklinkasının 238 saylı 01 mart 2021-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, 28 noyabr 2020-ci ildə anadan olmuş qız uşağı Məmmədova ...... Röyal qızı həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon X9 X22 Poliklinkasının 238 saylı 01 mart 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X12 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 28.11.2020-ci il təvəllüdlü Məmmədova .... Röyal qızı Bərdə RMX-nın uşaq poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olunmuş və sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 205-05/15 nömrəli 31.03.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X8 28.11.2020-ci ildə Bərdə rayonunda anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X8 28.11.2020-ci ildə Bərdə rayonunda anadan olması, atasının X12, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X8 28.11.2020-ci ildə Bərdə rayonunda anadan olması, atasının X12, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1550/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1550/2021
17.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver