Məhkəmə qərarları › İş №2(021)-1587/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1587/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1587/2021 05.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Zahid qızının doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Zahid qızı ərizə ilə məhkəməyə müraciət edərək 16 noyabr 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X1 doğum faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailəlidir, yaşadığı ünvanda 16 noyabr 2020-ci il tarixdə övladı X3 anadan olmuşdur, həddindən artıq imkansız olduğundan Bərdə rayon Mərkəzi doğum evinə gedə bilməmiş, buna görə də övladının doğum faktı müəyyən olunmamışdır, hesab edir ki, doğum faktının müəyyən olunması məqsədə uyğundur, görünüdüyü kimi övladının doğum faktının müəyyən olunması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında ərizəçi Ərizəçi Zahid qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şəmilov Zahid Mehdi oğlu bildirmidir ki, Ərizəçi onun qızıdır. Qızının uşağı 16 noyabr 2020-ci ildə evdə doğulmuşdur. Buna görə də doğum haqqında şəhadətnamə almamışlar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirirlmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X5 və X7 şahid X4 izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Şəmilova Zəminə Zahid qızı xx xxxx 1988-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 117-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə mürciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 16 noyabr 2020-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan « » 2021-ci il № 2(021)-1587/2021 Bərdə Rayon Qeydiyyat Şöbəsinə Bərdə şəhəri, Koroğlu küçəsi 4/7 Bərdə Rayon Məhkəməsinin 2(021)-1587/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ 03” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar