Məhkəmə qərarları › İş №2(021)-1593/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1593/2021

08.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1593/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh və Üçüncü şəxslər DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun Xüsusi Notariusuna qarşı “çıxarışların və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh və Üçüncü şəxslər DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun Xüsusi Notariusuna qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı və 0020 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışların və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi Bərdə Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, iddiaçı İnzibati məhkəmədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia qaldırmalı və Cavabdeh 3-cü şəxs qismində iddia ərizəsində qeyd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından iddia yolverilməzdir və iddianın qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, MPM-nin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh və Üçüncü şəxslər DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun Xüsusi Notariusuna qarşı “çıxarışların və onun əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar