Məhkəmə qərarları › İş №2(021)-1646/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1646/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1646/2021 19.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Ərizəçi1 oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə Firəngiz Zahir qızının, Ərizəçi4 Zahir oğlunun sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Yusifov Zahir İsmayıl oğlu, Ərizəçi2 Məhəmməd qızı, İsmayılzadə Firəngiz Zahir qızı, Ərizəçi4 Zahir oğlu ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** saylı Dövlət aktında və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi “X6 münasibətdə X22 qızına”, “X13 münasibətdə Ərizəçi1 Cəmil oğluna”, “X3 münasibətdə “X8”, “X18 münasibətdə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Yusifov Zahir İsmayıl oğlu, Ərizəçi2 Məhəmməd qızı, İsmayılzadə Firəngiz Zahir qızı, Ərizəçi4 Zahir oğlu ərizələrini onunla əsaslandırmışdır ki, onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə ailə üzcüləri ilə birlikdə 3,40 ha pay torpağı verilmişdir. Bu barədə JN-612, KOD-61000048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı da almışlar. Bundan başqa Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə onlara ailə üzvüləri ilə birlikdə 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-612, 61000048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də almışlar. Lakin Dövlət aktında və şəhadətnamədə asları, soyadları və ata adları səhv yazılmışdır. Belə ki, mərhumə X1 X15, Ərizəçi1 İsmayıl oğlu, səhvən X19, Yusifova Nazlı Məhəmməd qızı səhvən Yusibova Nəzakət Məhəmməd qızı, Ərizəçi3 səhvən Ərizəçi4 kimi qeyd olunubdur. Hazırda adlarına olan torpaq sahəsini satmaq isytəyirlər, lakin dövlət aktında ad, soyadlarında olan səhfliyə görə sənədləşmə apara bilmirlər, səhfin düzəldilməsi üçün DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmamış, səhfin düzəldilməsi üçün məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi1 İsmayıl oğlu ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 Məhəmməd qızına, Ərizəçi3, Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2 Məhəmməd qızının, Ərizəçi3, İsmayılzadə Bəhruz Zahir oğlunmun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** saylı Dövlət aktının və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri Yusifov Zahir İsmayıl oğlunun, Ərizəçi2 Məhəmməd qızının, İsmayılzadə Firəngiz Zahir qızının, Ərizəçi4 Zahir oğlunun, X4 mülkiyyətinə 3,40 ha pay torpaq sahəsi və 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********38 nömrəli 15 mart 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi İsmayılov Zahir İsmayıl oğlu KOD 610000** JN *** saylı Dövlət aktında və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** saylı Dövlət aktının və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, İsmayılzadə Firəngiz Zahir qızına, Ərizəçi4 Zahir oğluna, X7 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, Yusibov Zahir İsmayıl oğlunun, Yusibova Nəzakət Məhəmməd qızının, Yusibov Bəhruz Zahir oğlunun, Ərizəçi4 adına verilmiş, torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** saylı Dövlət aktının və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Zahir qızına, Ərizəçi4, X10 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Yusibova Firəngiz Cəmil qızının, Yusibov Zahir İsmayıl oğlunun, Yusibova Nəzakət Məhəmməd qızının, Yusibov Bəhruz Zahir oğlunun, Ərizəçi4 adına verilmiş, torpağa mülkiyyət hüququna dair KOD 610000** JN *** saylı Dövlət aktının və KOD 610000** JN *** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar