Məhkəmə qərarları › İş №2(021)-1671/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1671/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1671/2021 18.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı cavabdehlər Əsədova Aytəkin Qənbər qızına, Əzizov Tural Tarix oğluna, Cavabdeh3 İsa oğluna, Cavabdeh4 Saleh qızına qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Əsədova Ayhtəkin QQənbər qızından, Cavabdeh2, Cavabdeh3 İsa oğlundan, Rüstəmova Təranə Saleh qızından kredit borcunun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İdddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Priyeva məhkəməyə ərizə verərək cavabdehlərlə bank arasında razılıq əldə olunduğunu göstərərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Əsədova Aytəkin Qənbər qızına, Əzizov Tural Tarix oğluna, Cavabdeh3 İsa oğluna, Cavabdeh4 Saleh qızına qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar