Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1676/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan X2 borclu Bərdə rayonu, Dəymədağlı kəndində yaşayan Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 10.08.2019-cu il tarixdə borclu İsmayılov Rafiq Aydın oğluna 10 ay müddətinə 490 manat dəyərində MİA2 LİTE markalı mobil telefon satmışdır. Borclu oğlu MİA2 LİTE markalı telefonun dəyəri olan 490 manat puldan aylar üzrə iki ay 49 manat olmaqla, cəmi 98 manat ödəmiş, 392 manat borclu qalmışdır. Borclu hissə-hissə ödəməsini öhdəsinə götürməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir, Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu İsmayılov Rafiq Aydın oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirməmiş, nəticədə 10.08.2019cu il tarixli müqavilə üzrə 392 manat əsas borcu, 105 manat cərimə, cəmi 497 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün kreditora olan borcu Borclu Aydın oğlundan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Borclu Aydın oğlunun tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq ƏMR E T D İ M: Borclu xx xxxxxx 1981-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində doğulmuş, hazırda Bərdə rayonu, Dəymədağlı kəndində yaşayan X1 09 avqust 2019-cu il tarixli müqavilə üzrə 392 manat əsas borcu, 105 manat cərimə borcu, cəmi 497 manat borc və 20 manat dövlət rüsumu tutularaq kreditor Bağırov Rəşad Rəhman oğlunun xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1676/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1676/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver