Məhkəmə qərarları › İş №2(021)-1678/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1678/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1678/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24 mart 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunmasına, atası X12, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılnasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 ilə rəsmi olaraq 20 sentaybr 2013-cü il tarixdə ailə qurub evlənmişlər. Onların birgə yaşayış dövründən 1 ( bir ) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 24 mart 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəadətnamə ala bilməmişlər. Halhazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda isə onlara məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X12 göstərmişdir ki, Ərizəçi ilə 2019-cu ildə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 23 aprel 2021ci il tarixdə X10 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 23 aprel 2021-ci ildə anadan olmuş oğlu X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X5 atası olduğunu etiraf edir. 23 aprel 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X10 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Üçüncü şəxs X9 və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin üçüncü şəxs və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Üçünçü şəxs X12 məhkəmənin 31 may 2021-ci il tarixli iclasında göstərmişdir ki, Ərizəçi ilə 2013-cü ildə evlənmişlər. Onların birgə nikahlarından 24 mart 2021-ci il tarixdə X10 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 24 mart 2021-ci ildə anadan olmuş oğlu X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X5 atası olduğunu etiraf edir. 24 mart 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X10 onun oğludur. Məhkəmə iclasında şahid qismində izahat verən X14, X11 və Xanməmmədova X1 Ərizəçi və X7 2013-cü ildə ailə qurduqlarını, onların birgə nikahlarından 24 mart 2021-ci il tarixdə X10 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 24 mart 2021-ci il tarixdə anadan olmuş oğlanları X6 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Alpoud kənd Ərazi Dairəsi İcra Nümayəndəliyi tərəfindən 20 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ 896073 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X12 və X13 20 sentyabr 2013-cü ildə 22 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X8 Poliklinkasının 09.04.2021-ci il tarixli 144 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X12 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 24.03.2021-ci il təvəllüdlü Qafarov .... Tarzən oğlu Bərdə RMXnın Uşaq poliklinikasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 240-05/15 nömrəli 14 aprel 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 24.03.2021-ci ildə Bərdə şəhərində anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 24.03.2021-ci ildə Bərdə şəhərində anadan olması, atasının X12, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X5 24.03.2021-ci ildə Bərdə şəhərində anadan olması, atasının X12, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar