Məhkəmə qərarları › İş №2(021)-1692/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1692/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1692/2021 20.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin mənə satdığı xəstə heyvana görə vurulmuş maddi zərərin əvəzinin alınması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə Cavabdeh qarşı « cavabdehin mənə satdığı xəstə heyvana görə vurulmuş maddi zərərin əvəzinin alınması» tələbinə dair iddia qaldıraraq cavabdehdən 1300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. MPM-in 149.2.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 150.0.1-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Məhkəmə xatırladır ki, “X2” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. Həmin Qanunun 8.1.2-ci maddəsiəndə göstərilir ki, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İddiaçının ərizəyə əlavə etdiyi sənədlərdə dövlət rüsumunun ödənilməsini sübut edən və ya dövlət rüsumunu ödəməkdən azad edən hər hansı bir sənəd aşkar edilməmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən həm özünün harada yaşaması barədə müvafiq arayış da iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının harada yaşaması barədə arayış, cavabdehə təqdim etmək üçün iddia ərizəsinin sürəti və dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzi (və ya dövlət rüsumunu ödəməkdən azad edən hər hansı bir sənəd ) iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi MPM-in iddia ərizəsinin forma və məzmunu ilə bağlı həmçinin dövlət rüsumunun ödənilməməsi ilə bağlı tələblərini pozaraq tərtib olunduğundan iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsindən müəyyən edildiyi kimi iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla ərizə məhkəməyə təqdim edilmişdir.Odur ki, MPM-in yuxarıda göstərilən tələblərin əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin mənə satdığı xəstə heyvana görə vurulmuş maddi zərərin əvəzinin alınması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənə satdığı xəstə heyvana görə vurulmuş maddi zərərin əvəzinin alınması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar