Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1718/2021 01.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi nümayəndəsi X4 iştirakı ilə Ərizəçi nümayəndəsi X3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə 01 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi X8 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 25 oktyabr 1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində anadan olmasına dair doğum aktı qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X11, ana qrafasında X9 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi X8 ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi onun doğma qardaşıdır. X2, anası X5r. Onun soyadı baba adı kimi yəni "İmranov” kimi qeyd edilmişdir. Ərizəçi xx xxxxxxx 1973-cü ildə Xocavənd rayonunun Xocavənd qəsəbəsində anadan olmuş, X2, anası X5r. Ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsində, atestatda və digər sənədlərdə ad, ata adı və soyad Ərizəçi kimi qeyd edilmişdir. Ərizəçi hazırda hüquq müəyyənedici sənədləri ədə etmək istəyir, lakin problemlərlə üzləşir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa olunması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs tərəfindən bildirilmişdir ki, həmin sənədin bərpası səlahiyyətləri xaricindədir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi nümayəndəsi X8 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək Ərizəçi xx xxxxxxx 1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində doğulması və X2, anası X9 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X6 və X10 Ərizəçi 25 oktyabr 1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində anadan olduğunu, atasının X11, anasının X9 olduğunu ərizəçinin özünə doğum haqqında şəhadətnamə ala bilmədiyini bildirmişlər. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən 15 noyabr 1988-ci il tarixdə verilmiş İV-ЖГ 399784 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 və X9 15 noyabr 1988-ci ildə 267 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əmrahova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon ZAQS şöbəsi tərəfindən verilmiş 15 may 1970-ci il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 26 aprel 1970-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X11, ana qrafasında anası kimi X9 qeyd edilmişdir. İş materiallarında olan A 030452 saylı 25 iyun 1990-cı il tarixli attestat surətindən müəyyən olunur ki, 1973-cü ildə Martuni (Xocavənd) rayonunda anadan olmuş X7 1990-cı ildə Bərdə şəhər N.Nərimanov adına 3 saylı orta məktəbi bitirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 123-05/15 nömrəli 18.02.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum akt qeydinin bərpası üçün Maraqlı şəxsnə müraciət etmiş, doğumun bərpası təmin edilməyərək doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 25.10.1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində anadan olması faktı ərizəçinin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 25.10.1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində anadan olması, atasının X11, anasının X9 olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 25.10.1973-cü ildə Xocavənd rayonu, Xocavənd qəsəbəsində anadan olması, atasının X11, anasının X9 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1718/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1718/2021
01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver