Məhkəmə qərarları › İş №2(021)-1723/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1723/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1723/2021 06.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İddiaçı İddiaçı4 oğlunun, Cavabdeh Süleymanov Faiq Süleyman oğlunun iştirakı ilə, İddiaçılar İsmayılov Əziz Vəli oğlunun, İddiaçı2 Əziz qızının, İsmayılova İlhamə Səfər qızının, İsmayılov Əliqulu Əziz oğlunun, İsmayılova Sevinc Əli qızının cavabdeh Süleymanov Faiq Süleyman oğluna qarşı mülkiyyətçinin pozulmuş hüqquqlarının aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İsmayılov Əziz Vəli oğlu, İddiaçı2 Əziz qızı, İsmayılova İlhamə Səfər qızı, İsmayılov Əliqulu Əziz oğlu, İsmayılova Sevinc Əli qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 onların Bərdə rayonu, Mollalı kəndindı yerləşən 2.91 hektar və 2.75 hektar kənd təsəRrüfati təyinatlı torpaq sahələrindən istifadə hüquqlarının pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçılar İsmayılov Əziz Vəli oğlu, İddiaçı2 Əziz qızı, İsmayılova İlhamə Səfər qızı, İsmayılov Əliqulu Əziz oğlu, İsmayılova Sevinc Əli qızı eyni tələblə və eyni şəxsə qarşı əvvəllər iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin 2(021)-157/2020 saylı 18 may 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İsmayılov Əziz Vəli oğlunun, İddiaçı2 Əziz qızının, İsmayılova İlhamə Səfər qızının, İsmayılov Əliqulu Əziz oğlunun, İsmayılova Sevinc Əli qızının cavabdeh Süleymanov Faiq Süleyman oğluna qarşı mülkiyyətçinin pozulmuş hüqquqlarının aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar