Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1732/2021 26.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Xanlar qızının iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı Əliyeva Nuray Müşfiq qızının 20 noyabr 2019-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Xxanlar qızı ərizəsini onunla əsaslandırmışdır ki, qızı Əliyeva Nuray Müşfiq qızı 01 sentyabr 2008-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. 30 noyabr 2019-cu il tarixdə vəfat edərək, Bərdə rayonu, Əliyanlı kənd ərazisində yerləşən qəristanlıqda dəfn olunmuşdur. Baş qarışıq olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda isə qızının ölüm şəhadətnaməsinə komunal xərclərin ödənilməsində, özünün təqaüdə çıxmasında ehtiyac vardır. Bu səbəbdəndə onlar Bərdə rayon Qeydiyyat Şöbbəsinə ölüm haqında şəhadətnamənin verilmədi üçün müraciət etmişlər, lakin ölümdən uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsi həmin şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında ərizəsçi Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X1 göstərdi ki, Ərizəçi Xanlar qızı qohumudur, Ərizəçi qızı Əliyeva Nuray Müşfiq qızı 01 sentyabr 2008-ci ildə anadan olmuşdur, 30 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Uşağı Bərdə rayonu, Əliyanlı kənd qəbristanlığında dəfn ediblər. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidi dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Kələntərli kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 2496 nömrəli, 20 dekabr 2019-cu il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Xanlar qızı Bərdə rayonu, Kələntərli kənd İƏD- üzrə Əliyanlı kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əliyev Gülanə Xanlar qızı 16 avqust 1982-ci ildə Lənkəran rayonunda doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Əliyanlı bələdiyyəsi tərəfindən verilmiş 65 nömrəli, 13 dekabr 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi hal-hazırda Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. İş materiallarında olan AZ-İİ 139425 nömrəli doğum haqqında şəhadətnsmənin surətindən müəyyən olunur ki, Əliyeva Nuray Müüşfiq qızı 01 sentyabr 2008-ci ildə Lənkəran şəhərində doğulmuş, atası X9, anası Ərizəçidır. İş materiallarında olan Bərdə rayonu Əliyanlı bələdiyyəsi tərəfindən verilən 64 nömrəli, 12 dekabr 2019-cu il tarixli arayışından müəyyən olunur ki, X6 30 noyabr 2019-cu il tarixdə Bərdə rayonu Əliyanlı kəndində vəfat etmiş və Əliyanlı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 09 yanvar 2021-ci il tarixli, 11-05/15 nömrəli məltubundan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə mütaciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 01 sentyabr 2008-ci il tarixdə anadan olmuş Əliyeva Nuray Müşfiq qızının 30 noyabr 2019-cu ildə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1732/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1732/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver