Məhkəmə qərarları › İş №2(021)-1776/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1776/2021

02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1776/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X36 oğlunun, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Nizami oğlunun, Ərizəçi3 Nizami oğlunun sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair RX seriyalı ******* saylı çıxarışda yazılmış X14, X9, X5, Ərizəçi1, Məmmədov Toğrul Nizami oğluna, Ərizəçi2 aid olması, eyni şəxs olmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Nizamioğlu ərizələrini onunla əsaslandırmışlar ki, onlar Bərdə rayonu Məmmədli kənd sakini Cəfərov Nizami Məhəməd oğlu ilə X6 birgə nikahlarından 1981-ci ildə Məmmədoiv Namiq Nizami oğlu, xx xxxxxx 1983-cü ildə Ərizəçi2 Nizami oğlu, 1989-cu ildə Ərizəçi3 anadan olmuşlar, onlara 7 nəfərlik ailə üzvülərinə Bərdə rayonu Məmmədli kəndi ərazisində pay torpağı verilmişdir. Bu barədə ailə başçısı olan ataları Cəfərov Nizami Məhəmməd oğlunun adına Azərbaycan Repsublikası ƏDMK-si yanında DƏDRX-nin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystirindən RX ******* saylı çıxarışı almışdır. Həmin çıxarışda onların soyadları babalaarının adı ilə Məmmədov olmasına baxmayaraq ataları Nizami Cəfərovun soyadı ilə yazılmışdır. Hazırda torpaqlarını satmaq istəyirlər, soyadları səhv yazıldığından mümkün olmamışdır. Ona görə də soyadlarında düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələrdə mümkün olmamışdır. Məhkəməyə müraciət etmələrinə dair cavab verilmişdir. Bildirirlər ki, onların soyadlarının həqiqətən Məmmədov olması Cəfərov soyadı ilə Məmmədov soyadını daşıyan onların Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 eyni şəxs olmaları Bərdə rayonu Məmmədli kənd İcra nümahyəndəliyinin arayışı, doğum haqqında şəhadətnmələri, kənd sakinləri təsdiq edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 Nizami oğlunun, Ərizəçi3 Nizami ərizələrini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçi Ərizəçi1 Nizami oğlunun iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid X27 izahatında göstərdi ki, ərizəçilərlə eyni kənddə yaşamaqla qonşudrlar, bir yerdə böyüyüblər, onların soyadı Məmmədvdur. Məhkəmə iclasında şahidlər Qasımov Məhərrəm isa oğlu və X10 şahid X17 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçilərin izahatlarını, şahidləri ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair KOD 610000** JN ***5 saylı Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 14 saylı qərarına əsasən Bərdə rayonu Məmmədli kənd sakinləri Cəfərov Nizami Məhəmməd oğlunun, Cəfərova Firuzə Əkbər qızının, X2, Cəfərov Namiq Nizami oğlunun, X4, Cəfərov Toğrul Nizami oğlunun, Cəfərova Narınc Məhəmməd qızının mülkiyyətinə 7.84 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan RX ******* nömrəli reystirdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Məmmədli kənd sakinləri Cəfərov Nizami Məhəmməd oğlunun, Cəfərova Firuzə Əkbər qızının, X2, Cəfərov Namiq Nizami oğlunun, X4, Cəfərov Toğrul Nizami oğlunun, Cəfərova Narınc Məhəmməd qızının 7.84 ha pay torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş, 25 noyabr 1977-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X20 arasında baölanmış nikah 25 noyabr 1977-ci il tarixdə 21 saylı akt qeydi ilə qeydiyyata alınmışdır, Nikahdan sonra arvada Cəfəroiva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İX-JQ 296966 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1983-cü ildə doğulmuşdur, atası Cəfərov Nizami Məhəmməd oğlu, anası Cəfərova Firuzə Əkbər qızıdır. İş materiallarına əlavə edilmiş XV-JQ 273008 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1989-cu ildə doğulmuşdur, atası Cəfərov Nizami Məhəmməd oğlu, anası Cəfərova Firuzə Əkbər qızıdır. İş materiallarına əlavə edilmiş Vİİ-JQ 407158 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1981-ci ildə doğulmuşdur, atası Cəfərov Nizami Məhəmməd oğlu, anası Cəfərova Firuzə Əkbər qızıdır. İş materiallarına əlavə edilmiş 06 dekabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 28 iyun 2019-cu ildə Bərdə rayonu, Məmmədli kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra hakimiyyəti Mənzil Komunal Departamenti Binəqədi MKTB-nin 107 saylı Mənzil Komunal istismar sahəsi tərəfindən verilmiş 280 saylı, 22 aprel 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi1 oğlu Biləcəri qəsəbəsi məhəllə 5057/68 bina 9 mənzil 71-də yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 144 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi2 Nizami oğlu Bərdə rayonu, Məmmədli kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 318 nömrəli, 20 iyul 2020-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi3 Bərdə rayonu, Məmmədli kəndində daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 320 nömrəli, 20 iyul 2020-ci il tarixli arayışdan məlum olur ki, RX-0565358 nömrəli dövlət reystirindən çıxarışda Ərizəçi1- Cəfərov Namiq Nizami oğlu yazılmışdır, Ərizəçi1 ilə Cəfərov Namiq Nizami oğlu hər ikisi eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 319 nömrəli, 20 iyul 2020-ci il tarixli arayışdan məlum olur ki, RX-0565358 nömrəli dövlət reystirindən çıxarışda Ərizəçi2- Cəfərov Səxavət Nizami oğlu yazılmışdır, Ərizəçi2 ilə Cəfərov Səxavət Nizami oğlu hər ikisi eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 321 nömrəli, 20 iyul 2020-ci il tarixli arayışdan məlum olur ki, RX-0565358 nömrəli dövlət reystirindən çıxarışda Ərizəçi3- Cəfərov Toğrul Nizami oğlu yazılmışdır, Ərizəçi3 ilə Cəfərov Toğrul Nizami oğlu hər ikisi eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********07 nömrəli 17 mart 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Məmmədov Toğrul Nizami oğlu RX-0565358 nömrəli dövlət reystirindən çıxarışda səhfin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, RX-0565358 nömrəli dövlət reystirindən çıxarışda Ərizəçi1, Məmmədov Səxavət Nizami oğluna, Ərizəçi3 Nizami oğluna məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Cəfərov Namiq Nizami oğlunun, X4, X7 adına verilmiş RX-0565358 nömrəli dövlət reystirindən çıxarışın Ərizəçi1, Məmmədov Səxavət Nizami oğluna, Ərizəçi3 Nizami oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Cəfərov Namiq Nizami oğlunun, X4, X7 adına verilmiş RX-0565358 nömrəli dövlət reystrindən çıxarışın Ərizəçi1, Məmmədov Səxavət Nizami oğluna, Ərizəçi3 Nizami oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar