Məhkəmə qərarları › İş №2(021)-1799/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1799/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1799/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Əliyeva Rəfiyyə Rövşən qızının iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 mart 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş övladının doğum faktının müəyyən olunması, atası Əliyev Rauf Vüqar oğlu, anası X3 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Əliyev Rauf Vüqar oğlu ilə 14 may 2019-cu tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər, birgə nikahlarından bir övladları olmuşdur, lakin başa düşmədiklərindən 25 mart 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş oğlan övladlarına doğum haqqında şəhadətnamə almaq istəyir, onlar uşağa doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdirlər, orada isə məhkəməyə müraciət etməyi bildirmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, ərizəçi Əliyeva Rəfiyə Rövşən qızı bacısı qızıdır, bacısı qızı 14 may 2019-cu ildə Əliyev Rauf Vüqar oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, onların birgə nikahlarından 25 mart 2021-ci il tarixdə Bərdə şəhərində bir oğlan övladları anadan olmuşdur. Lakin uşağa doğum haqqında şəhadətnamə almayıblar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirirlmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X7 şahid X5 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nömrəli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Əliyeva Rəfiyyə Rövşən qızı 07 iyun 1997-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 323902 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əliyev Rauf vüqar oğlu ilə, Əhmədova Rəfiyə Rövşən qızı arasında nikah Bərdə regional Asan Xidmət Mərkəzi tərəfindən 14 may 2019-cu ildə 559 nömrəli akt qeydi ilə qeyd edilmişdir, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 259 nömrəli 28 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Əliyv rauf Vüqar oğlu Bərdə rayonu, Kürdborakı kəndə yaşayır ailə üzvləri Ərizəçi Rövşən qızı, Əliyeva Məryəm Rauf qızından ibarətdir. İş materiallarında olan Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 1/540 nömrəli 19 aprel 2021-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, X1 deməsinə görə, X10 və Ərizəçi Rövşən qızınınn birgə nikah dövründə dünyaya gəlmiş 25 mart 2021-ci il təvəllüdlü Əliyev --------Rauf oğlu Bərdə RMX-nın Uşaq poliklinikasında qeydiyyata götürülmüşdür, uşaq həkim pediatr tərəfindən müayinə olunmuş, sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 28 aprel 2021-ci il tarixli, 276-05/15 nömrəli məktubun surətindən müəyyən olunur ki, doğum faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat Şöbəsində ərizənin təmin edilməsi mümkün deyil, doğum faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək məsləhət görülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 25 mart 2021-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar