Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1816/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Yaqubov Sevinc Eyvaz qızının iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi X11 ərizə ilə məhkəməyə müraciət edərək X17 ilə birgə yaşayışlarından olan azyaşlı uşaqları X5 25 sentyabr 2014-cü il tarixdə, X1 17 mart 2018-ci il tarixdə doğulmalarına dair hüquqi faktın müəyən olunması, azayşlı uşaqların doğumu barədə doğum akt qeydləri kitabında qeydiyyatın aparılması, ata qrafasında X18, ana qrafasındas Ərizəçi göstərilməklə onlara doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2013-cü ildə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuşdur. Faktiki nikahdan 25 sentyabr 2014-cü il tarixdə, X14, 17 mart 2018-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Səhlənkarlıq nəticəsində uşaqları doğulandan sonrfa doğum şəhadətnaməsi götürə bilməmişlər, belə ki, 0nlar 2013-cü ildə ailə qurmuşlar, əri X2 rayonu Türkmən kəndində yaşadığı üçün ailə qurandan sonra Türkmən kəndində yaşamışlar. Uşaqların hər ikisi, Bərdə rayon Mərkəzi Xəstəxanasında doğulmuş, uşaqlar doğulanda yoldaşı kənddə olmuş, o, isə savadsız qadındır, təkbaşına xəstəxanadan uşaqların doğumu ilə bağlı tibbi sənədləri alıb Qeydiyyat Şöbəsinə təqdim etməli olduğunu bilməmişdir. Sonradan da yoldaşı heç bir yerdə işləmədiyi üçün maddi imkanları olmadığından, həm də səhlənkarlıq nəticəsində rayon məhkəməsinə gəlib uşaqlara doğum haqqında şəhadətnamə almamışlar. Hazırda da Bərdə rayon Mətrkəxi xəstəxanasına müraciət etmiş, uzun müddət vaxt keçməsi səbəbindən doğum sənədi ala bilmirlər. Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evindən o vaxt ona yalnız dəyişmə vərəqəsi adlanan tibbi sənəd vermişlər. Uşaqların doğumu ilə bağlı tibbi sənəd verilməmişdir. Qeydiyyat Şöbəsində isə tibbi sənəd olmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış. Onlara uşaqların doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən də azyaşlı uşaqları X5 25 sentyabr 2014-cü il tarixdə anadan olmasına və Məmmədov Məhəmmədəli Ruslan oğlunun 17 mart 2018-ci il tarixdə anadan olmasına dair hüquqi faktın müəyyən olunması və onlara doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını istəyir. X4 hal-hazırda 7 yaşı var, məktəbə getməlidir, lakin yaşadığı kənddə məktəbə müraciət etmiş, məktəb rəhbərliyi doğum haqqıda şəhadəntamə olmadığına görə qızını məktəbə qəbul etməmişdir. Azyaşlı uşaqları X5 və X1 Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğulmalarını və onların valideyinlərinin onlar olmağını, həmçinin uşaqların sağlam olmaqla onların himayəsində olmaqlarını onları tanıyan qonşuları, qohumları, həmçinin həmin vaxt xəstəxanada işləyən tibb işçiləri də şahid kimi təsdiq edə bilərlər. Ona görə də hesab edir ki, onun Ağcəbədi rayonundan Bərdə rayonu, Türkmən kəındinə gəlin köçməyi və X17 ilə ər-arvad kimi yaşamağını təsdiq edən şahidlərin həmin kənd sakinləri olması və şahidlərin məhkəməyə dəvət olunacağı nəzərə alınaraq uşaqlarının doğum faktının təsdiqi də Bərdə Rayon Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X16 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısının iki uşağı var, uşaqlar hər ikisdi də doğum evində anadan olsalar da, onlara sənəd almamışlar. Bacısıgil savadsız və imkansızdır. Buna görə də doğum haqqında şəhadətnamə almamışlar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirirlmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X12, Yaqubov Taleh Eyvaz oğlu şahid X26 qızının izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nömrəli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayon Doğum evi dəyişmə vərəqəsindən müəyyən olunur ki, X13 25 sentyabr 2014-cü il tarixdə bir qız uşağı doğmuşdur. İş materiallarında olan Bərdə rayon Doğum evi dəyişmə vərəqəsindən müəyyən olunur ki, X9 17 mart 2018-ci il tarixdə bir oğlan uşağı doğmuşdur. İş materiallarında olan 112/21 nömrəli uşağın inkişaf tarixi kitabının surətindən müəyyən olunur ki, 25 sentyabr 2014-cü il təvəllüdlü X14 03 oktyabr 2014-cü il tarixdən Türkmən tibb məntəqəsində qeydiyyata alınmışdır. İş materiallarında olan 112/21 nömrəli uşağın inkişaf tarixi kitabının surətindən müəyyən olunur ki, 17 mart 2018-ci il təvəllüdlü Məmmədov Məhəmmədəli Ruslan oğlu 27 mart 2018-ci il tarixdən Türkmən tibb məntəqəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X7 doğum aktı qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 25 sentyabr 2014-cü il tarixdə Bərdə rayonunda bir qız və 17 mart 2018-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1816/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1816/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver