Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1864/2021 07.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Bərdə şəhəri, Babək küçəsi ev 26-da yaşayan X2nın Bərdə şəhəri, Şəhriyar küçəsi ev 3-də yaşayan Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X2 məhkəməyə ərizə verərək 25 oktyabr 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 3-də yaşayan Borclu hər ay hər uşağın saxlanılması üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu ildə X9 ilə rəsmi olaraq ailə qurmuş, birgə nikah dövrdə 25 yanvar 2011-ci ildə X16, 10 oktyabr 2014-cü ildə X17 və 29 noyabr 2020-ci ildə X10 adlı 3 uşaqları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə ayrılmışlar və həmin vaxtdan uşağı onun himayəsində yaşayır. Heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Cavabdeh könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir. Uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikamızda hər şeyin qiyməti artır və tələbat çoxalır. Ancaq cavabdeh heç bir yerdə işləmir. Əlavə gəlirindən bir uşağın saxlanması üçün ayda az miqdarda aliment ödəyə bilər. Borclu 25 oktyabr 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 3-də yaşayır. Onun hər ay hər uşağın saxlanması üçün aliment ödəməyə imkanı var. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 fevral 2011-ci il tarixli AZ-İİ 622435 saylı, 25 oktyabr 2014-cü il tarixli AZ-İİİ 401848 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən və Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 25 yanvar 2011-ci ildə Seymur, 10 oktyabr 2014-cü ildə Xədicə və 29 noyabr 2020-ci ildə Banuçiçək adlı uşaqları anadan olmuşdur. 25 yanvar 2011-ci il təvəllüdlü X11, 10 oktyabr 2014-cü il təvəllüdlü X12 və 29 noyabr 2020-ci il təvəllüdlü X8 atası Borclu, anası X4r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Borclu könüllü olaraq uşaqlarına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub X5 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddədə qeyd edilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulub X5 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: 25 oktyabr 1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 3-də yaşayan X6 25 yanvar 2011-ci ildə anadan olmuş X11, 10 oktyabr 2014-cü ildə anadan olmuş X12 və 29 noyabr 2020-ci ildə anadan olmuş X1 üçün X3 xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi 06 may 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin yarısı miqdarında aliment tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1864/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1864/2021
07.05.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver