Məhkəmə qərarları › İş №2(021)-1892/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1892/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1892/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10 iyul 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunmasına, atası X6, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 2018-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə yaşayış dövründən 1 (bir) övladları anadan olmuşdur. Lakin başa düşmədiyindən 10 iyul 2019-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X9 doğum haqqında şəadətnamə ala bilməmişdir. Hal-hazırda övladına doğum haqqında şəhadətnamə almaq istiyir. Övladına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda isə ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X2 və X7 Ərizəçi və X3 2018-ci ildə ailə qurduqlarını, onların birgə nikahlarından 10 iyul 2019-cu ildə bir övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon X4 Poliklinkasının məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X6 və Ərizəçi birgə nikah dövründən dünyaya gəlmiş 10.07.2019-cu il təvəllüdlü Mahmudov....Elgün oğlu Bərdə RMX-nın Uşaq Poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatır tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 51-05/15 nömrəli 27.01.2021ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 10 iyul 2019-cu ildə oğlan övladı anadan olmuşdur. Ərizəçi ərizəsində uşağın adının Ömər olduğunu qeyd etsə də Bərdə rayon X4 Poliklinkasının məktubdan müəyyən olunur ki, 10 iyul 2019-cu ildə anadan olmuş uşağın adı yoxdur. Bundan başqa ərizəçi ərizəsində 10 iyul 2019-cu ildə anadan olmuş oğlunun atasının X6, anasının Ərizəçi olması faktının müəyyən edilməsini xahiş etsə də qeyd olunan faktın müəyyən olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Uşağın atasının doğrudan da X6 olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 10 iyul 2019-cu ildə Bərdə şəhərində anadan olmuş oğlan uşağının anadan olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 10 iyul 2019-cu ildə Bərdə şəhərində oğlan uşağı doğması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 10 iyul 2019-cu ildə Bərdə şəhərində oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar