Məhkəmə qərarları › İş №2(021)-1897/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1897/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1897/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs X3 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə 03 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 aprel 2021-cu il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum faktının müəyyən olunmasına, atası X7, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 ilə 14 oktyabr 2019-cu il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə nikah dövründən 1 (bir) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 23 aprel 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək ərizə tələbinin doğum faktının müəyyən edilməsinin qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X7 göstərmişdir ki, Ərizəçi ilə 2019-cu ildə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 23 aprel 2021ci il tarixdə X9 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən 23 aprel 2021-ci ildə anadan olmuş oğlu X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X4 atası olduğunu etiraf edir. 23 aprel 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X9 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8, X10 və X11 Ərizəçi və X2 2019-cu ildə ailə qurduqlarını, onların birgə nikahlarından 23 aprel 2021-ci il tarixdə X9 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından 23 aprel 2021-ci il tarixdə anadan olmuş oğlanları X6 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ 361828 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 və X12 14 oktyabr 2019-cu ildə 1176 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X5 Poliklinkasının 05.05.2021-ci il tarixli 1/264 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X7 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 23.04.2021-ci il təvəllüdlü Xəlilov .... Xəyyam oğlu Bərdə RMXda İSX-nin Ailə Sağlamlıq Mərkəzində qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 292-05/15 nömrəli 04 may 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X4 23.04.2021-ci ildə Bərdə şəhərində anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 23.04.2021-ci ildə Bərdə şəhərində anadan olması, atasının X7, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X4 23.04.2021-ci ildə Bərdə şəhərində anadan olması, atasının X7, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar