Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1947/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi,Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “hüquq müəyyən edici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1 ərizə ilə məhkəmədə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “hüquq müəyyən edici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə barədə ərizə ilə məhkəməyə müraciət edərək (JN 0044, KOD 61012038 seriyalı, torpağın mülkiyyətə hüququna dair dövlət aktında olan “X2”nun soyad, ad və ata adlarının “Ərizəçi1” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin bizə məxsus olması faktının müəyyən edilməsi barədə) ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sənədləri tətqiq edən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizədən görünür ki, ərizə Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Ərizəçi2 tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş Belarus Respublikası, Qomel şəhəri, 13.02.2021-ci il tarixli etibarnamələrdən isə görünür ki, Ərizəçi1 adından Ərizəçi2 etibarnamə verilsədə həmin etibarnamədə Ərizəçi1 etibar edən şəxs Ərizəçi2 adından məhkəmədə çıxış etmək və (iddianın) ərizənin imzalamaq səlahiyyətinin olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-cü maddəsində göstərilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 22912-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi1 maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə qarşı “hüquq müəyyən edici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1947/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1947/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver