Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1967/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu Bərdə şəhəri Koroğlu küçəsi məhəllə 12 ev 1-də yaşayan X2nın ünvan 1-də yaşayan Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X2 məhkəməyə ərizə verərək xx xxxxxx 1982-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Borclu hər ay 09 oktyabr 2011-ci il təvəllüdlü X5, 10 noyabr 2012-ci il təvəllüdlü X4, 17 yanvar 2014-cü il təvəllüdlü X1 üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Borclu ilə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövürdə 09 oktyabr 2011-ci il təvəllüdlü X12, 10 noyabr 2012ci il təvəllüdlü X9, 17 yanvar 2014-cü il təvəllüdlü X18 adlı üç uşaqları anadan olmuşdur. Uşaqların atasının Borclu olması Bərdə Regional “ASAN-Xidmət” X11 təsdiq edilmişdir. Onlar aralarında olan narazılıqlara görə xeyli vaxtdır ayrı yaşayırlar. Uşaqlar onun himayəsində yaşayır. Heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir, borclu könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir. O isə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikada hər şeyin qiyməti artır və tələbat çoxalır. Borculunun hər ay hər uşağın saxlanılması üçün aliment ödəməyə imkanı vardır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş AZ-İ350350 nömrəli, 15 noyabr 2018-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 17 yanvar 2014-cü ildə X7 doğulmuş X13 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 399 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş AZ-İ 350351 nömrəli, 15 noyabr 2018-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 10 noyabr 2012-ci ildə X7 doğulmuş X10 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 400 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş AZ-İ 350349 nömrəli, 15 noyabr 2018-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 09 oktyabr 2011-ci ildə X7 doğulmuş X14 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 398 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli AZ- İV 190022 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (ata X26, ana X19) 09.10.2011-ci il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 2510 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli AZ-İV 190025 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (ata X26, ana X19) 10.11.2012-ci il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 2512 nömrə ilə qeyd edilmişdir. Bərdə regional “ASAN Xidmət” X20 tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli AZ-İV 190024 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 (ata X26, ana X19) 17.01.2014-cü il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15 noyabr 2018-ci il tarixdə 2513 nömrə ilə qeyd edilmişdir. AZE seiyalı 18510982 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 25.02.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görnür ki, Borclu ğlu xx.xx.1982-ci ildə Bərdə şəhərində doğulmuş ünvan 1-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3043 nömrəli, 16 may 2021-ci il tarixli arayışdan görünür ki, X3 şəhəri Koroğlu küçəsi 12/1 nömrəli evdə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Borclu könüllü olaraq uşaqlarına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub X16 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulub X16 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: xx xxxxxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri Koroğlu küçəsi məhəllə 12 ev 1-da yaşayan Borclu (AZE ********) 09 oktyabr 2011-ci il təvəllüdlü X5, 10 noyabr 2012-ci il təvəllüdlü X4, 17 yanvar 2014-cü il təvəllüdlü X6 xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi 17 may 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin yarısı hissəsi miqdarında aliment tutulub X16 ödənilsin. Borclu X17 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1967/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1967/2021
17.05.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver