Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2046/2021 08.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC-nin cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılması barədə qərardadı ləğv edib mülki işə baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəmə bildirişləri ərizəçinin ünvanına poçt vasitəsi ilə göndərilmişdir, lakin ərizəçiyə vaxtında çatmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257, 263, 264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2046/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə iclasında baxılması üçün 08 sentyabr 2021-ci ilə saat 10:55-ə təyin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2046/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2046/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver