Məhkəmə qərarları › İş №2(021)-2129/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-2129/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-2129/2021 01.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu ünvan 1 ünvanında yerləşən”Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 6 ev 5-də yaşayan Borclu qarşı “Borcun tutulmasına” dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi ünvan 1 ünvanında yerləşən”Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə ərizə verərək Borclu 970 manat əsas məbləğdə borcun və 20 manat məbləğidə ödənilmiş dövlət rüsumunun cəmi 990 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx"MMC-nin hesabına ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış kredit müqaviləsinə əsasən Borclu Soliton LTD” MMC-dən dəyəri 2161 manat olan məişət avadanlığı almışdır. Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 970 manat borcu qalmışdır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.12.2018-ci il tarixli, ******* nömrəli borc müqaviləsindən görünür ki,"xxxx" MMC tərəfindən Borclu ümumi dəyəri 2161 manat olan məişət avadanlığı satılmışdır. İşə əlavə edilmiş 2302 nömrəli,30.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 10 dekabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 970 manat borcu yaranmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 6 ev 5-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM- 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu 970 manat borcu,20 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 990 manat kredit borcu alınaraq "xxxx" MMC-yə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: xx.xx.1978-ci ildə (AZE ********) Gəncə şəhərində anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 6 ev 5-də yaşayan Borclu 970 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu cəmi 990 manat borc alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Beynəlxalq Bankı Nəsimi fiilialı,m/h:AZ03NABZ**********0000002944,H/h:AZ531BAZ******************** hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar