Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2138/2021 06.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı qızının cavabdeh Səfərov Tural Vahid oğluna qarşı fiziki, mənəvi və maddi ziyan tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı qızının cavabdeh Səfərov Tural Vahid oğluna qarşı fiziki, mənəvi və maddi ziyan tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 06 iyul 2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ İddiaçı qızının cavabdeh Səfərov Tural Vahid oğluna qarşı fiziki, mənəvi və maddi ziyan tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2138/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2138/2021
06.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver