Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2150/2021 03.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Kreditor "xxxx" MMC-nin vermiş olduğu ərizə və ərizəyə əlavə olunmuş sənədlərə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC rayon məhkəməsinə ünvanladığı ərizəsində Borclu ilə aralarında bağlanmış nisyə satış müqaviləsi üzrə 231 manat əsas borc və 23 manat cərimə borcu olmaqla 254 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditor "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər araşdırıb məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, ərizədə borclunun ünvanı ünvan 1 Sumqayıt şəhəri, 9-cu mikrarayon ev 27, mənzil 36 göstərilsə də ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, borclunun qeydiyyatda olduğu ünvan ünvan 2 məhkəməyə təqdim etdiyi ərizədə borclunun ünvanı barədə ziddiyyət olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Kreditor "xxxx" MMC-nin Borclu barəsində məhkəmə əmrinin verilməsi barədə ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-2150/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2150/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver