Məhkəmə qərarları › İş №2(021)-2158/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2158/2021

04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2158/2021 04.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N saylı hərbi hissədə yaşayan Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 356A, KOD 61023018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan “X1”nun soyadı adı, adı və ata adı “Ərizəçi” kimi qeyd olunmaqla, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmiş, ərizədə maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi qeyd olunmalı olduğu halda 11 saylı Ərazi Vergilər Baş İdarəsi qeyd edilmişdir. Bundan başqa ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar