Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-229/2021 23.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə vermiş olduğu ərizəsində xx.xx.1981-ci ildə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Cavabdeh 10.08.2019-cu il tarixli müqavilə üzrə 392 manat əsas borc, 105 manat cərimə, cəmi 497 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(021)-2749/2020 nömrəli əmri ilə borclu-xx xxxxxx 1981-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Cavabdeh 10.08.2019-cu il tarixli müqavilə üzrə 392 manat əsas borc, 105 manat cərimə, cəmi 497 (dörd yüz doxsan yeddi) manat borc və 20(iyirmi) manat dövlət rüsumu tutularaq kreditor İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Borclu Cavabdeh 20 noyabr 2020-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(021)-2749/2020 nömrəli məhkəmə əmrinə etiraz etməsini nəzərə alaraq, əmrin ləğv edilməsinə və materialların bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadına əsasən etiraz təmin edilmiş, kreditor İddiaçı borclu Cavabdeh borcun tutulmasına dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(021)-2749/2020 nömrəli məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-229/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-229/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver