Məhkəmə qərarları › İş №2(021)-247/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-247/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-247/2021 12.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Bərdə rayonu Otuzikilər kəndində yerləşən ona məxsus 0,5322 ha torpaq sahəsindən çıxarılmasına və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pulun alınaraq ona verilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh Bərdə rayonu Otuzikilər kəndində yerləşən ona məxsus 0,5322 ha torpaq sahəsindən çıxarılmasına və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pulun, o cümlədən son üç il ərzində ona məxsus sözügedən torpaq sahəsindən istifadə etməsinə maneçilik törətdiyindən əldə edə biləcəyi 6000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə İddiaçı 06 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bu hal Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli AZ-İİ 133406 saylı ölüm haqqında şəhadətnamə ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə İddiaçı öldüyündən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7 və Azərbaycan Respublikasıнын MPM-nin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar