Məhkəmə qərarları › İş №2(021)-2552/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2552/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2552/2021 27.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Kərimova Xəzəngül Allahyar qızının iştirakı ilə, Ərizəçi Kərimova Xəzəngül Allahyar qızının maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Kərimova Xəzəngül Allahyar qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2011-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X5, 15 fevral 2012-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X6, 10 iyun 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X3, 08 mart 2017-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Mahmudov Qənbər Firdovsi oğlunun, 26 mart 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuş Mahmudova Fatimə Firdovsi qızının doğum faktlarının müəyyən edilməsinə, atalarının X24 oğlu, analarının Kərimova Xəzəngül Allahyar qızı olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Kərimova Xəzəngül Allahyar qızı ərizəsini onunla əsaslandırmışdır ki, X24 oğlu ilə 2010-cu ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 15 yanvar 2011-ci il təvəllüdlü X21 , 15 fevral 2012-ci il təvəllüdlü X12, 10 iyun 2015-ci il təvəllüdlü X8, 08 mart 2017-ci il təvəllüdlü Mahmudov Qənbər Firdovsi oğlu, 26 mart 2020-ci il təvəllüdlü Mahmudova Fatimə Firdovsi qızı adlı beş uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Kərimova Xəzəngül Allahyar qızı ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Kərimova Xəzəngül Allahyar qızı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4209 saylı, 14.07.2021-ci il tarixli arayışdan görünür ki, Kərimova X15 rayon Ş.İsmayılov küçəsi ev 31 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 17728798 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X24 oğlu 19.04.1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4208 saylı, 14.07.2021-ci il tarixli arayışdan görünür ki, X24 oğlu Bərdə rayon Ş.İsmayılov küçəsi ev 31 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon X9 tərəfindən verilmiş 522 saylı 14.07.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Kərimova Xəzəngül Allahyar qızının deməsinə görə X24 oğlu və Kərimova Xəzəngül Allahyar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 15.01.2011-cı il təvəllüdlü Kərimov........ Xəzəngül oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X9 tərəfindən verilmiş 526 saylı 14.07.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Kərimova Xəzəngül Allahyar qızının deməsinə görə X24 oğlu və Kərimova Xəzəngül Allahyar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 15.02.2012-cı il təvəllüdlü Kərimova........ Xəzəngül qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X9 tərəfindən verilmiş 525 saylı 14.07.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Kərimova Xəzəngül Allahyar qızının deməsinə görə X24 oğlu və Kərimova Xəzəngül Allahyar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 10.06.2015-cı il təvəllüdlü Kərimova........ Xəzəngül qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X9 tərəfindən verilmiş 524 saylı 14.07.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Kərimova Xəzəngül Allahyar qızının deməsinə görə X24 oğlu və Kərimova Xəzəngül Allahyar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 08.03.2017-cı il təvəllüdlü Kərimov........ Xəzəngül oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon X9 tərəfindən verilmiş 523 saylı 14.07.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, Kərimova Xəzəngül Allahyar qızının deməsinə görə X24 oğlu və Kərimova Xəzəngül Allahyar qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 26.03.2020-cı il təvəllüdlü Kərimova........ Xəzəngül qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı Həkim Pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Nikah haqqında akt qeydindən görünür ki, X24 oğlu ilə Kərimova Xəzəngül Allahyar qızı nikah bağlamışdırlar (AZ-İİ № 445013 sayli şəhadətnamə). İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 14.07.2021-ci il tarixli məktubdan görünür ki, Kərimova Xəzəngül Allahyar qızı doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 bildirdi ki, X24 oğlu onun oğlu, ərizəçi Kərimova Xəzəngül Allahyar qızı isə gəlinidir. Onlar 2010-cu ildə el adəti ilə ailə qurmuşlar, birgə yaşadıqları dövrdə 5 uşaqları anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən X24 oğlu ərizə təqdim edərək bildirdi ki, Kərimova Xəzəngül Allahyar qızı qızı ilə 2010-cu il el adəti ilə ailə qurmuşlar. Onların birgə nikahlarından 15 yanvar 2011-ci il təvəllüdlü X21 , 15 fevral 2012-ci il təvəllüdlü X12, 10 iyun 2015-ci il təvəllüdlü X8, 08 mart 2017-ci il təvəllüdlü Mahmudov Qənbər Firdovsi oğlu, 26 mart 2020-ci il təvəllüdlü Mahmudova Fatimə Firdovsi qızı adlı beş uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə almamışlar. Uşaqların atası həqiqqətən özüdür. Ərizəsinin nəzərə alınmasını xahiş etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi Kərimova Xəzəngül Allahyar qızı ilə X24 oğlu qeyri- rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından 15 yanvar 2011-ci il tarixdə Sübhan, 15 fevral 2012-ci il tarixdə Günay, 10 iyun 2015-ci il tarixdə Sadəgül, 08 mart 2017-ci il tarixdə Qənbər, 26 mart 2020-ci il tarixdə Fatimə adlı beş uşaqları anadan olmuşdur uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X14 15 yanvar 2011-ci il tarixdə Bərdə rayonunda, X12 15 fevral 2012-ci il tarixdə Bərdə rayonunda, X8 10 iyun 2015-ci il tarixdə Bərdə rayonunda, Mahmudov Qənbər Firdovsi oğlu 08 mart 2017-ci il tarixdə Bərdə rayonunda , Mahmudova Fatimə Firdovsi qızı 26 mart 2020-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdurlar. X1, anası Kərimova Xəzəngül Allahyar qızıdır. X5 doğum tarixinin “15 yanvar 2011-ci il, doğum yerinin Bərdə rayonu olması, X6 doğum tarixinin “15 fevral 2012-ci il, doğum yerinin Bərdə rayonu olması, X3 doğum tarixinin “10 iyun 2015-ci il, doğum yerinin Bərdə rayonu olması, Mahmudov Qənbər Firdovsi oğlunun doğum tarixinin “08 mart 2017-ci il, doğum yerinin Bərdə rayonu olması, Mahmudova Fatimə Firdovsi qızının doğum tarixinin “26 mart 2020-ci il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamələrdə ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçi Kərimova Xəzəngül Allahyar qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 doğum tarixinin 15 yanvar 2011-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X5 ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunsun. X6 doğum tarixinin “15 fevral 2012-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X6 ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunsun. X3 doğum tarixinin “10 iyun 2015-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X3 ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunsun. Mahmudov Qənbər Firdovsi oğlunun doğum tarixinin “08 mart 2017-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Mahmudov Qənbər Firdovsi oğlunun ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunsun. Mahmudova Fatimə Firdovsi qızının doğum tarixinin “26 mart 2020-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Mahmudova Fatimə Firdovsi qızının ata adı X11, ana adı Kərimova Xəzəngül Allahyar qızı kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçi Kərimova Xəzəngül Allahyar qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar