Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2786/2021 23.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 Bəhram qızının, İddiaçı3, Şükürova (Məmmədova ) Xədicə Vəzir qızının, Cavabdeh Ramil Vəzir oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 Bəhram qızının, İddiaçı2, İddiaçı3, Şükürova (Məmmədova ) Xədicə Vəzir qızının cavabdehlər Ramil Vəzir oğluna və Bərdə Regional “ASAN” Xidmət Mərkəzinə qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1 Bəhram qızı, İddiaçı2, İddiaçı3, Şükürova (Məmmədova ) Xədicə Vəzir qızı cavabdehlər Ramil Vəzir oğluna və Bərdə Regional “ASAN” Xidmət Mərkəzinə qarşı iddia qaldıraraq, Ramil Vəziroğluna verilmiş 12.04.2021-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bərdə rayon Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yardımçı sahəsi 118.8 kv.m, 4 otaqdan ibarət fərdi yaşayış evindən ½ hissə payı olan mərhum Məmmədov Vəzir Yahya oğlunun miras əmlakından qanuni vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, İddiaçı1 Bəhram qızı X12 ilə ailə həyatı qurmuşlar. Onlar Bərdə rayonu Dəymədağlı kəndində fərdi yaşayış evi tikdirmiş, övladlarını həmi evdə böyütmüşlər. Onların 4 övladları vardır: İddiaçı2, İddiaçı3, Şükürova (Məmmədova) Xədicə Vəzir qızı, Ramil Vəzir oğludur. X12 01.05.2019-cu il də vəfat edəndən sonra vərəsələrdən Ramil Vəzir oğlu onların xəbəri olmadan, Bərdə Regional “ASAN” Xidmət Mərkəzindən 08.06.2021-ci il tarixli mülkiyyət hüququ haqqında Şəhadətnamə almışdır. Qanuni vərəsələrin payları müəyyənləşməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 Bəhram qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Şükürova (Məmmədova ) Xədicə Vəzir qızı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ramil Vəzir oğlu iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Bəhrəm qızı xx.xx.1949-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Vəzir qızı xx.xx.1973-cü il tarixdə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 qızı xx.xx.1980-cı il tarixdə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuşdur. Bağdm rayon Çırxlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 785 saylı 16.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 Bərdə rayon Dəymədağıldı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 83 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 756 saylı 15.07.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı2 Vəzir qızı ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.05.2021-ci il tarixli Arayışdan görünür ki, X13 30.04.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 603 saylı 21.05.2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov Vəzir Yəhya oğlu vəfat etmişdir, vəfat edənə qədər Bərdə rayon Dəymədağıldı kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birlikdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: arvadı- İddiaçı1 Bəhram qızı, oğlu- Ramil Vəzir oğlu. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 444 saylı 06.04.2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov Vəzir Yəhya oğlu vəfat etmişdir, vəfat edənə qədər Bərdə rayon Dəymədağıldı kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birlikdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: arvadı- İddiaçı1 Bəhram qızı, oğlu- Ramil Vəzir oğlu, gəlini- X5, nəvəsi- X14, nəvəsi X7. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 633 saylı 27.05.2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov Vəzir Yəhya oğlu vəfat etmişdir, vəfat edənə qədər Bərdə rayon Dəymədağıldı kəndində yaşayıb, vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: arvadı- İddiaçı1 Bəhram qızı, qızı- İddiaçı2, qızı- İddiaçı3, oğlu, Ramil Vəzir oğlu, qızı- İddiaçı4. İş materiallarına əlavə olunmuş İV-JQ №256140 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1975-ci il taruixdə anadan olmuşdur. X22 Yəhya oğlu, anası İddiaçı1 Bəhram qızıdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 857-05/69 saylı Arayışdan görünür ki, İddiaçı2 xx.xx.1973-cü il taruixdə anadan olmuşdur. X22 Yəhya oğlu, anası İddiaçı1 Bəhram qızıdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.11.2021-ci il tarixli Vİİ JQ 287627 saylı Arayışdan görünür ki, Məmmədova Xədicə Vəzir qızı xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. X22 Yəhya oğlu, anası İddiaçı1 Bəhram qızıdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.03.2021-ci il tarixli Arayışdan görünür ki, Məmmədov Vəzir Yəhya oğlu ilə İddiaçı1 Bəhram qızı 07.07.1971-ci il tarixdə 86 nömrəli akt qeydi ilə nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli Arayışdan görünür ki, Ramil Vəzir oğlu 26.11.1977-ci il tarixdə anadan olmuşdur. X22 Yəhya oğlu, anası İddiaçı1 Bəhram qızıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 014256 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Məmmədov Vəzir Yəhya oğlu 30.04.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi:**********84-10301 olan Texniki Pasportun surətindən görünür ki, Bərdə rayon Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin XXX Ramil Vəzir oğludur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* sayli Çıxarışdan görünür ki, ünvan 3ində 0.25 ha olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 120.1 kv.m, yadımçı sahəsi 118.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Məmmədov Vəzir Yəhya oğluna məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 238.9 kv.m olan daşınmaz əmlak XXX Ramil Vəzir oğlunun (1/4 hissə) və İddiaçı1 Bəhram qızının (3/4 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli arayışından görünür ki, Məmmədov Vəzir Yəhya oğlunun adına olan ünvan 3ində yerləşən fərdi yaşayış evi 19.06.2009-cu il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məmmədov Vəzir Yəhya oğlunun 5 nəfər ailə üzvü ilə birlikdə adına Bərdə rayonu Dəymədaağıldı kəndində JN-400 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ əsasında” 08.06.2021-ci il tarixli Şəhatənamədən görünür ki, 30.04.2019-cu il tarixdə vəfat etmiş Məmmədov Vəzir Yəhya oğlunun sağ qalmış arvadı İddiaçı1 Bəhram qızının onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır; Məmmədov Vəzir Yəhya oğlunun mülkiyyə hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yadımçı sahəsi 118.8 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir; O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı Bərdə rayonu Dəymədağıldı kəndi ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir; Qeyd: miras əmlakın 2/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə olunmuş 08.06.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 30.04.2019-cu il tarixdə vəfat etmiş Məmmədov Vəzir Yəhya oğlunun vərəsəsi İddiaçı1 Bəhram qızıdır. Şəhadətnamə verilən miras əmlak 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3ində 0.25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yadımçı sahəsi 118.8 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən və 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə olunmuş 12.04.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 30.04.2019-cu il tarixdə vəfat etmiş Məmmədov Vəzir Yəhya oğlunun vərəsəsi XXX Ramil Vəzir oğludur. Şəhadətnamə verilən miras əmlak 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə X9 verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3ində 0.25 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yadımçı sahəsi 118.8 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən və 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3ində 0.25 ha olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 120.1 kv.m, yadımçı sahəsi 118.8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Məmmədov Vəzir Yəhya oğluna məxsus olmuşdur. Məmmədov Vəzir Yəhya oğlu vəfat etdikdən sonra cavabdeh Ramil Vəziroğlu evə və torpaq sahəsinə dair ¼ hissədə pay hüquqna dair vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda iddiaçılar 12.04.2021-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, Bərdə rayon Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yardımçı sahəsi 118.8 kv.m, 4 otaqdan ibarət fərdi yaşayış evindən ½ hissə payı olan mərhum Məmmədov Vəzir Yahya oğlunun miras əmlakından qanuni vərəsələrin paylarının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Məhkəmə iddia tələbinin 12.04.2021-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, miras əmlakdan pay hüququ olan şəxslərin sayı iddiaçılar və cavabdeh nəzərəa alaraq 5 nəfər təşkil edir. Vərəsəlik hüquq haqqında şəhadətnamədən isə görünür ki, notariat orqanı Ramil Vəziroğluna evə və torpaq sahəsinə dair 1/5 hissədə pay hüquqna dair vərəsəlik şəhadətnaməsi vermək əvəzinə ¼ hissədə pay hüquq müəyyən etmişdir. Həhkəmə həmçinin onuda qeyd edir ki, Vərəsəlik işinə dair iş notariat orqanından tələb edilmiş və müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı3 Vəzir qızı notariat ofisinə müraciət edərək vərəsəlik işi üzrə notariat hərəkətlərinin dayandırılmasını xahiş etsə də onun ərizəsi nəzərə alınmamış, ona hüquqlarının izah olunması müəyyən olunmamışdır. Bununla da vərəsəliyə çağırılmalı olan şəxslərin dairəsi gizlədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 12.04.2021-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamə etibarsız hesab olunmalıdır. Məhkəmə həmçinin miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair münasibətdə aşağıdakıları qeyd edir. İşdən müəyyən olunur ki, Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yardımçı sahəsi 118.8 kv.m, 4 otaqdan ibarət fərdi yaşayış evi Məmmədov Vəzir Yahya oğlun ilə İddiaçı1 Bəhram qızının birgə nikayları dövründə əldə olunmuş əmlak olmuşdur. Notariat orqanı bunu nəzərə alaraq 28.06.2021-ci il tarixdə İddiaçı1 Bəhram qızına mülkiyyət hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnamədə qeyd olunmuşdur ki, miras əmlakın İddiaçı1 Bəhram qızına 2/4 hissədə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. İddiaçı1 Bəhram qızına verilmiş 28.06.2021-ci il tarixli vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, miras əmlakın ¼ hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu ziddiayyəti, vərəsəliyə çağırılmalı olan şəxslərin sayını nəzərə alan məhkəmə qeyd edir ki, Məmmədov Vəzir Yahya oğlundan miras qalmış Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238.9 kv.m, yaşayış sahəsi 120.1 kv.m, yardımçı sahəsi 118.8 kv.m, 4 otaqdan ibarət fərdi yaşayış evinin ½ hissəsinə dair payları müəyyən edilməlidir. Yəni, ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin və Bərdə rayonu Dəymədağıldı kəndi ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə 5 nəfər vərəsənin olmasını nəzərə alaraq hər bir vərəsəyə münasibətdə ½ hissədə payı bərabər tanınmalıdır. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin olunduğundan ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. XXX Ramil Vəziroğluna verilmiş 12.04.2021-ci il vərəsəlik hüququq haqqında Şəhadətnamə etibarsız hesab olunsun. ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən 19.06.2009-cu il tarixdə Məmmədov Vəzir Yəhya oğluna verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə 5 nəfər vərəsənin olmasını nəzərə alaraq İddiaçı1 Bəhram qızının, İddiaçı2, İddiaçı3, Şükürova Xədicə Vəzir qızının və XXX Ramil Vəzir oğlunun ½ hissədə payı bərabər tanınsın. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh XXX Ramil Vəzir oğlundan alınaraq İddiaçı1 Bəhram qızına, İddiaçı2, İddiaçı3 və Şükürova Xədicə Vəzir qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2786/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2786/2021
23.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver