Məhkəmə qərarları › İş №2(021)-2884/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2884/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2884/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Vəliyeva Zahidə Əsgər qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyət hüququna dair JN 61023068 dövlət aktının mərhum anasə X27 qızına məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Vəliyeva Zahidə Əsgər qızı ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı əsasında ona və ailə üzvülərinə Bərdə raynonu Hüseynbəyli kəndində 1,80 ha torpaq sahəsi verilmiş və həmin torpağa mülkiyyət hüququna dair JN 0039, KOD 61023068 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında mərhum anası Süleymanova Hənifə Musa qızına münasibətdə ad qrafasında adı texniki səhv olaraq “Həmidə” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0039, KOD 61023068 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi darəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Həmin sənəddə uyğunsuzluğu başa cür həll edə bilmirlər. Hazırda həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər, lakin sənəddə uyğunsuzluuq olduğuundan mümkün olmamışdır. Bu səbəbdən də məcbur oluub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi Vəliyeva Zahidə Əsgər qızı ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərdi ki, Ərizəçi onun xalasıdır. Mərhum Süleymanova Hənifə Musa qızı onun nənəsidir, nənəsi vəfat edib. Torpaq sahədində nənəsini adı “Hənifə” əvəzinə “Həmidə” yazılmışdır. Məhkəmə iclasında şahid Süleymanova Leyla Əsgər qızı şahid Əhmədov Emin Zabil oğlunun ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçi Vəliyeva Zahidə Əsgər qızının izahatını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur Vəliyeva Zahidə Əsgər qızı xx xxxx 1958-ci ildə Laçın rayonunda doğulmuş, Bərdə rayonu Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17472231 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 05 may 1965-ci ildə Laçın rayonu Kamallı kəndində doğulmuş, Laçın rayonu, Kamallı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-T 165239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunuur ki, X16 05 may 1965-ci ildə doğulmuşdur, atası X17, anası X30 qızıdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Süleymanov Əsgər Namiq oğlu 18 may 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Süleymanov Namiq Əsgər oğlu 01 fevral 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 14281079 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Süleymanova İradə Vidadi qızı 15 sentyabr 1974-cü ildə Bərdə rayonu Hüseynbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0039 KOD 61023068 dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X7, X8, Süleymanova Leyla Əsgər qızına, Süleymanova İradə Vidadi qızına, X12 və X18 Bərdə rayonuu Hüseynbəyli kəndində 1,80 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin 1586 nömrəli 17 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi X25 JN-0039 saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZ-İ 47316 nömrəli arayışdan müəyyən olunur ki, Süleymanova Zahidə Əsgər qızı 01 iyul 1958-ci ildə anadan olmşdur, atası Süleymanov Əsgər Abuzər oğlu, atası Süleymanova Hənifə Musa qızıdır. İş materiallarında olan AZ-İ 473164 nömrəli çıxarışdan müəyyən olunur ki, X10 ilə Süleymanova Zahidə Əsgər qızı rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. İş materiallarında olan 17 iyuun 2021-ci il tarixli, 756-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X15 23 noyabr 2011-ci ildə Bərdə rayonu, Hüseynbəyli kəndində ölmüşdür. İş materiallarında olan 17 iyun 2021-ci il tarixlli, 757-05/69 nömrəli arayışdan müəyyən olunur ki, Süleymanov Əsgər Abuzər oğlu 06 dekabr 2009-cu ildə Bakı şəhəri, Əzizbəyov rayonunda ölmüşdür. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 709 nömrəli 21 iyun 2021-ci il tarixli arayışdan müəyyən oluunur ki, Vəliyev (Süleymanova) Zahidə Əsgər qızı ərazinin Hüseynbəyli kəndində yaşayır. İş materiallarında olan AZ-İ 207847 nömrəli çıxarışdan müəyyən olunur ki, Süıeymanov Əsgər Abuzər oğlu ilə, Hətəmova Hənifə Musa qızı arasında nikah 01 iyul 1962-ci ildə rəsmi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 0039 KOD 61023068 saylı Dövlət aktının X30 qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0039 KOD 61023068 saylı dövlət aktının X30 qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X4 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0039 KOD 61023068 saylı dövlət aktının X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar