Məhkəmə qərarları › İş №2(021)-2900/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2900/2021

12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2900/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İddiaçı Quliyev Elmir Nəbi oğlunun cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə və üçüncü şəxs Bərdə Rayon 7 saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı vətəndaşın sənədində adının düzəldilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1939-cu il təvəllüdlü X1 adının Nəsib yox, Nəbi olmasının faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası Quliyev Nəbi Məhəmməd oğlu 1939-cu ildə anadan olmuşdur. Mərhum atasının sənədlərində adının səhv olmasına görə atasına mənsub olan mülkiyyəti öz adına keçirməkdə problem yaşayır. Bununla bağlı dəfələrlə lazımı orqanlara müraciət etsə də ona heç bir köməklik olunmamışdır. Atasının adı Nəbi olsa da, sənədlərində Nəsib yazılmışdır. Hesab edir ki, sənədlərdə səhv yazılmış, atasının adı Nəbi olması məqsədə uyğundur. İddiaçı Nəbi oğlu teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan, məhkəməyə gələn şahidlərin iştirakı ilə keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. İş materiallarında olan AZE 0******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, İddiaçı 26 avqust 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 836 nömrəli, 06 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Hüseynbəyli kəndində yaşayır. İş materiallarında olan Hərbi Biletin surətindən müəyyən olunur ki, X10 oğlu 1939-cu ildə doğulmuşdur. İş materiallarında olan UE 283953 nömrəli, 13 yanvar 2012-ci il tarixli arayışdan müəyyən olunur ki, Quliyev Nəbi Məhəmməd oğlu və İsmayılova Diləfrus Abduləzim qızı 01 aprel 1958-ci ildə rəsmi nikah bağlamışlar. İş materiallarında olan AZE 05338994 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quluyeva Gülarə Nəbi qızı 15 oktyabr 1970-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08468954 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quliyev Murad Nəbi oğlu 21 dekabr 1975-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04314340 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 08 aprel 1973-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ******* saylı hərbi biletin surətindən görünür ki, Quliyev Nəsib Məhəmməd oğlu 1939-cu ildə anadan olmuş və hərbi komissarlıqda qeydiyyata alınmışdır. İş materiallarında olan İİİ-JQ 423490 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Quliyev Nəsib Məhəmməd oğlu 06 noyabr 1989-cu ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, müraciətini təsdiq edən sənədləri, eləcə də atasının Nəbi yox Nəsib olmasını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Quliyev Elmir Nəbi oğlunun cavabdeh Bərdə Rayon Qeydiyyat Şöbəsinə və üçüncü şəxs Bərdə Rayon 7 saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı vətəndaşın sənədində adının düzəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar