Məhkəmə qərarları › İş №2(021)-293/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-293/2021

05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-293/2021 05.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs X3 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10 iyun 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum faktının müəyyən edilməsinə, atası X9, anası Ərizəçi olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 2017-ci il tarixdə qeyri rəsmi ailə qurub evlənmişlər. Nikahlarını 17 oktyabr 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 1(bir) övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, savadsız olduqlarından, başa düşmədiklərindən onlar 10 iyun 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Halhazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, orda isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək 10 iyun 2018-ci il tarixdə anadan olmuş övladının doğum faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X9 bildirmişdir ki, Ərizəçi ilə 17 oktyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 10 iyun 2018-ci ildə X11 anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X6 atası olduğunu etiraf edir. 10 iyun 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X11 onun qızıdır. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X10 və X2 Ərizəçi və X5 2017-ci ildə ailə qurduqlarını, onların birgə nikahlarından 10 iyun 2018-ci ildə X11 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından X7 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin vəüçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayon X4 Poliklinkasının 01.10.2020-ci il tarixli 1243 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X9 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 10.06.2018-ci il təvəllüdlü İmanlı .... Habil qızı Bərdə RMX-nın uşaq poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 556-05/15 nömrəli 21.09.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X6 10.06.2018-ci ildə Bərdə şəhərində anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X6 10.06.2018-ci ildə Bərdə şəhərində anadan olması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X6 10.06.2018-ci ildə Bərdə şəhərində anadan olması, atasının X9, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar