Məhkəmə qərarları › İş №2(021)-2948/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2948/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2948/2021 28.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 17 iyul 2016-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı İsrəfilov nİntiqam Ziyəddin oğlu 29 yanvar 1981-ci il tarixdə Yevlax rayon Gülövşə kəndində anadan olmuşdur. İntiqam İsrəfilov Məmmədova Vüsalə Pənah qızı ilə qeyri rəsmi olaraq ailə qurub evlənmişdir, birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Qardadşı İsrəfilov İntiqam Ziyəddin oğlu 17 iyul 2016-cı il tarixdə qəflətən vəfat etmiş, Bərdə rayonu Qızıltac qəbristanlığında dəfn olunmuşdur. Qardaşı vəfat etdikdən sonra mərkəzi xəstəxanada qeydiyyatdan keçmədiyi üçün onlara heç bir tibbi sənəd verilməmişdir. Qardaşının övladlarına atalıq kimi doğum haqqında şəhadətnamə almaq üçün onlardan qardaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. O, mərhum qrdaşı X4 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müracit etmişdir, orada isə ölümü təsdiq edən tibbi sənədin olmamasını və ölümdən uzun müddət keçdiyini nəzərə alaraq ölüm haqqında şəhadətnamə verilməmişdir və məhkəməyə müraciət etmək bildirilmişdir. Məhkəmə iclasında ərizəsçi Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X10 göstərdi ki, Ərizəçi bacısı Vüsalənin baldızıdır. Lalənin qardaşı İntiqam qəflətən xəstəlikdən vəfat edib. onu Bərdə şəhəri, Qızıltac qəbristanlğında dəfn ediblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid Salmanova Gülçöhrə Pənah qızının izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu Şirvanlı kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 863 nömrəli, 17 avqust 2021-ci il il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Şirvanlı kənd İƏD üzrə Bala Qacar kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1979-cu ildə Yevlax rayonunun, Gülövşə kəndində doğulmuşdur. Bərdə rayonu, Balaqəcər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 00839435 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İsrafilov İntiqam Ziyəddin oğlu 29 yanar 1981-ci ildə Yevlaax rayonunun Gülövşə kəndində doğulmuşdur. İş materiallarında olan Tibbi arayışdan müəyyən olunur ki, 17 iyul 2016-cı il tarixdə Alaşadırlı kəndində yaşayan X9 vəfat etmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X9 29 yanvar 1981-ci ildə doğulmuş və 17 iyul 2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X8 29 yanvar 1981-ci ildə Yevlx rayonu Gülövşə kəndində doğulmuşdur, atası X11, anası X21 qızıdır. İş materiallarında olan Vİ-JQ 334050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 04 mart 1979-cu ildə doğulmuşdur, atası X11, anası X21 qızıdır. İş materiallarında olan AZE 14195294 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmədova Vüsalə Pənah qızı 20 aprel 1980-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 07 mart 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-780/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, 29 yanvar 1981-ci ildə Yevlax rayonunun Gülövşə kəndndə anadan olmuş və (həkimin verdiyi 01 fevral 2017-ci il tarixli tibbi arayışa əsasən) 17 iyul 2016-cı ildə vəfat etmiş İsrəfilov İntiqam Ziyəddin oğlunun, 03 dekabr 2005-ci il tarixdə anadan olmuş X15 və 21 iyun 2007-ci il tarixdə anadan olmuş X16 adlı uşaqların atası olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli, 527-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə baxılaraq ona məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, mərhum X5 17 iyul 2016-cı il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçi üçün müvafiq sənədlərin əldə edilməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. 29 yanvar 1981-ci il tarixdə doğulmuş X3 17 iyul 2016-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bərdə şəhəri, Koroğlu küçəsi 4/7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar