Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2949/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonunda dünyaya gəlmiş, 02 yanvar 2018-ci il tarixdə Bərdə rayonunda anadan olmuş X5 doğum faktının müəyyən olunması, atası Orucov Zabil Asif oğlu, anası Ərizəçi olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X4 ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X25ilə 2016-cı il tarixdən 07 iyun 2021-ci ilə kimi qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşlər. X11rın 02 yanvar 2018-ci il tarixdə qızları X12 anadan olmuşdur. Uşağın atası X18r. Belə ki, mərhum Zabil Orucovla 2016-cı ildə el adəti ilə toy edib evləniblər, toy zamanı Bərdə rayonu Qurdlar kəndinə onun valideynləri ilə yaşadığı evə gəlin köçmüşdür. X31 nikahlarını rəsmi qeyd etdirməyiblər. Zabil Orucov 07 iyun 2021-ci il tarixdə qəflətən beyindaxili qansızmadan öldüyünə görə nikahlarını rəsmi qeyd etdirə bilməyiblər. Bundan başqa birgə nikahlarından 02 yanvar 2018-ci il tarixdə anadan olmuş qız övladları Dadaşova Məryəm Zabil qızının anası o Ərizəçi, atası isə X18r. Lakin maddi imkanları olmadığına, savadsız olduqlarına və başa düşmədiklərinə görə uşaqları tibb müəssisəsində deyil, ev şəraitində doğulmuşdur. Ona görə də uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda uşaqlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Çünki uşağın doğum haqqında şəhadətnaməsi olmadığı halda gələcəkdə müəyyən hüquq və vəzifələrinin əmələ gəlməsində maneələr yaranacaqdır. Ona görə də atalığın etiraf edilməsi və övladının doğumunun dövlət qeydiyyatına alınması üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Bərdə rayon Qeydiyyat Şöbəsində övladının doğumunun qeydiyyata alınmasından imtina edilərək, məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Məhkəmə iclasında ərizəçi X4 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirmişdir ki, ərizəçi X4 onun qardaşı qızıdır. Ərizəçi ilə X25 qeyri rəsmi evləniblər, onların birgə yaşadıqları dövrdə bir qız övladları olub. Uşaq ev şəraitində doğulub, ona görə də doğum haqqında şəhadətnamə almamışlar. X25 2021-ci ilin iyun ayında vəfat edib. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahidlər X19, Orucova Şəfəq Dilən qızı, X21 və Əliyev Orxan Koroğlu oğlu şahid Cəfərov Yolçu Misirxan oğlunun izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X4 xx xxxxxx 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 665 nömrəli, 28 iyul 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 1986-cı il təvəllüdlü Dadaşova X6 rayonu Sarıcalı kəndində qeydiyyatdadır, hal-hazırda Bərdə rayonu, Qurdlar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İlkin Səhiyyə xidmətinin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 783 nömrəli 27 iyul 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X2 deməsinə görə X25 ilə birgə yaşayış dövründə 01 yanvar 2018-ci il təvəllüdlü X1 İSX-nin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüş, müayinə olunmuş, praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan İX-JQ 308338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Orucov Zabil Asif oğlu 24 mart 1983-cü ildə doğulmuşdur, atası X26, anası X9r. İş materiallarında olan Xİ-JQ 340765 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 01 fevral 1986-cı ildə doğulmuşdur, atası Dadaşov Fərman Soltan oğlu, anası Dadaşova Sədaqət Vəli qızıdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 181978 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Orucov Zabil Asif oğlu 07 iyun 2021-ci ildə ölmüşdür. İş materiallarında olan AZE 13205671 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X35 oğlu 13 fevral 1972-ci ildə doğulmuşdur, Bərdə rayonu, Qurdlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08562159 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 12 noyabr 1958-ci ildə ünvan 1ində doğulmuşdur, Bərdə rayonu Kətəlparaq kəndi ünvanında qeydiyyatdadır. İş materillarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 08 fevral 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 03674382 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 24 aprel 1951-ci ildə Xanlar rayonunda doğulmuş, Samux rayonu, Ziyadlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17637385 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 13 yanvar 1968-ci ildə Ağdam rayonunda doğulmuş, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 482-05/15 nömrəli məktubundan müəyyən olunur ki, X4 qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi X17 qızı və Orucov Zabil Asif oğlunun birgə yaşadıqları dövrdə bir qız övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alıması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X2 02 yanvar 2018-ci il tarixdə Bərdə rayonunda bir qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X25, ana qrafasında X4 qeyd edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2949/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2949/2021
12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver