Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2950/2021 01.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 19 yanvar 2015-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum faktının müəyyən olunması, X2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 06 yanvar 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 19 yanvar 2015-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Halhazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. Onlar, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X11 AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1991-ci ildə Tərtər rayonun Bəyimsarov kəndində anadan olmuşdur. Bərdə rayonun Nazırlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X11 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 27.01.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş X13 tərəfindən verilmiş 17.08.2021-ci il tarixli uşağın tibbi kartasından görünür ki, uşaq həkim müayinəsindən keçəkrən sağlamdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli, 115 saylı arayışdan görünür ki, X1 rayonunun Nazırlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 029517 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X12 06 yanvar 2009-cu il tarixdə, 01 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X18 rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 845 saylı arayışdan görünür ki, Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 19.01.2015-ci il təvəllüdlü Aslanov ......... Günel oğlu halhazırda yaşayır və həkim müayinəsində keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X18 rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 1898 saylı arayışdan görünür ki, Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 19.01.2015-ci il təvəllüdlü Aslanov ......... Günel oğlu həqiqətən Bərdə Doğum evinin qadın məsləhətxanasında müayinə olunmuş və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 535-05/15 saylı, 17.08-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Ərizəçi bacısı qızıdır. Uşaq ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında X7 məhkəməyə ərizə təqdim edərək, bildirdi ki, həyat yoldaşı Ərizəçi ilə 06 yanvar 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatında keçməklə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 19 yanvar 2015-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda ərizəçi ilə birlikdə yaşayır, X3 atasıdır. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 19 yanvar 2015-ci il tarixdə X8 anadan olmuşdur. X2, anası Ərizəçidır. X3 doğum tarixi 19.01.2015-ci il, doğum yerinin Bərdə şəhəri, atasının X7, anasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X3 doğum tarixi 19 yanvar 2015-ci il, doğum yeri Bərdə şəhəri olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X7, anası isə Ərizəçi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2950/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2950/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver