Məhkəmə qərarları › İş №2(021)-2952/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2952/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2952/2021 14.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Ərizəçi X7 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 noyabr 2017-ci ildə anadan olmuş X3 və 20 dekabr 2018-ci ildə anadan olmuş X4 Bərdə şəhəri, Səttərxan küçəsində yaşadıqları evdə anadan olduqlarından onların doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə qeyri-rəsmi olaraq birgə yaşayaraq ailə həyatı qurmuşlar. Birgə yaşadıqları dövürdə 14 noyabır 2017-ci ildə X8, 20 dekabr 2018-ci ildə X1 rayonu Sətdərxan küçəsində yaşadıqları evdə anadan olmuşdur. Həddindən artıq imkansız olduqlarından Bərdə Rayon Mərkəzi Doğum evinə gedə bilməmişlər. Bununla bağlı övladlarının doğum faktı müəyyən olunmamışdır. Hesab edir ki, doğum faktının müəyyən olunması məqsədə uyğundur. Göründüyü kimi, övladlarının doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək 10 dekabr 2018-cı il təvəllüdlü X4 və 14 noyabr 2017-ci il təvəllüdlü X3 doğum faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X6, X12 və X11 Ərizəçi və X5 2016-cı ildə ailə qurduqlarını, onların birgə nikahlarından 10 dekabr 2018-cı ildə və 14 noyabr 2017-ci ildə iki oğlan övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X10 və Ərizəçi birgə yaşayış dövründən dünyaya gələn 14.11.2017-ci il təvəllüdlü Abidov....Aysel oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatır tərəfindən müayinədən keçirilmiş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X10 və Ərizəçi birgə yaşayış dövründən dünyaya gələn 10.12.2018-ci il təvəllüdlü Abidov....Aysel oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatır tərəfindən müayinədən keçirilmiş və praktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 3007 saylı 14 oktyabr 2021-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 14 noyabr 2017-ci ildə anadan olmuş oğlan uşağı Abidov .... Aysel oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 3006 saylı 14 oktyabr 2021-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 10 dekabr 2018-ci ildə anadan olmuş oğlan uşağı Abidov .... Aysel oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 533-05/15 nömrəli 16.08.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 14 noyabr 2017-ci ildə oğlan və 10 dekabr 2018-ci ildə digər oğlan övladı anadan olmuşdur. Ərizəçi ərizəsində 14 noyabr 2017-ci ildə anadan olmuş oğlunun adının Əlican və 10 dekabr 2018-ci ildə anadan olmuş oğlunun adının Xancan olduğunu qeyd etsə də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X20 məktubdan müəyyən olunur ki, 14 noyabr 2017-ci ildə anadan olmuş və 10 dekabr 2018-ci ildə anadan olmuş uşaqların adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 14 noyabr 2017-ci ildə və 10 dekabr 2018-ci ildə Bərdə şəhərində anadan olmuş oğlan uşaqlarının anadan olması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 14 noyabr 2017-ci ildə və 10 dekabr 2018-ci ildə Bərdə şəhərində oğlan uşaqları doğması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 14 noyabr 2017-ci ildə və 10 dekabr 2018-ci ildə Bərdə şəhərində oğlan uşaqları doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar