Məhkəmə qərarları › İş №2(021)-2968/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2968/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2968/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X18 katibliyi Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X13 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayonu Qaradağlı kəndində verilmiş 1.53 ha torpaq sahəsinə verilmiş JN-0017 KOD-61005058 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayonu Qaradağlı kəndində yerləşən 1.53 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0017 KOD-61005058 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adlarınadır. Belə ki, JN-0017 KOD-61005058 saylı dövlət aktında onların adlarında və ata adlarında səhflik baş vermişdir. Dövlət aktında səhvlik olması ona bir sıra çətinliklər yaradır. Belə ki, onun ata adı Ərizəçi olduğu halda ata adını səhvən Ərizəçi Bəhram qızı kimi, adı X7 olduğu halda adını səhvən X1, adı X19 olduğu halda adını səhvən X4, ata adı X15 olduğu halda ata adını səhvən X30 “ di kimi qeyd edilmişdir. X20 27.09.2020-ci il tarixdə, X15 28 fevral 2001-ci il tarixdə, X7 21 aprel 2017-ci il tarixdə vəfat etmişlər. Qeyd olunmuş yanlışın JN-0017 KOD-61005058 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-0017 KOD-61065058 saylı dövlət aktında qeyd olunmuş yanlışların düzgün qeyd edilməsini istəyir, çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X21, X17 və X9 göstərmişdir ki, ərizəçi qohumlarıdır. Ərizəçinin adına verilmiş Dövlət aktında Ərizəçi ata adı Bəhrəm olduğu halda Bəhram kimi, X2 adı səhvən Qərənfil kimi, X10 adı səhvən Bəhram kimi, X6 ata adı səhvən Sə “ di kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0017 saylı KOD 61005058 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarına əsasən Bərdə rayonu Qaradağlı kənd sakinləri X11, X30”di qızının, X3 və Ərizəçi Bəhram qızının mülkiyyətinə 1,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 14 yanvar 1964-cü il tarixli AЗ 468591 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X19, ana qrafasında anası kimi X15 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 21 aprel 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Güloğlular kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2021-ci il tarixli AZ-İİ 152263 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 28 fevral 2001-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 oktyabr 2020-ci il tarixli AZ-İİ 120103 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 27 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qaradağlı bələdiyyəsinin 50 saylı 08 aprel 2020ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1999cu il 16 iyun tarixli 07 saylı qərarı ilə verilmiş JN 0017 saylı Dövlət aktında X10 adı səhvən X4 yazılmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 926 saylı 24 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən verilmiş JN 0017 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında 1-ci sırada X20, 2-ci sırada X30”di qızı, 3-cü sırada X8, 4-cü sırada Ərizəçi Bəhram qızı kimi yazılmışdır. Lakin onlara verilmiş ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində X19, X15, X7, Ərizəçi kimi qeyd olunmuşdur. Adları yuxarıda göstərilən hər dörd şəxs eyni şəxslərdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********19 nömrəli 28 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0017 saylı dövlət aktında soyadı, ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0017 KOD 61005058 saylı Dövlət aktının X14, X12, X5, Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X11, X30”di qızının, X3 və Ərizəçi Bəhram qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0017 KOD 61005058 saylı Dövlət aktının X14, X12, X5, Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X11, X30”di qızının, X3 və Ərizəçi Bəhram qızının adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0017 KOD 61005058 saylı Dövlət aktının X14, X12, X5, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar