Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2969/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20, Ərizəçi Ərizəçi4 qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi4 qızının, XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğlunun və Ərizəçi3 sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi4 qızı, XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğlu və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayonu Alaçadırlı kəndində verilmiş 0.08 ha torpaq sahəsinə verilmiş JN-322A KOD-61008078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təsdiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi4 qızı, XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğlu və Ərizəçi3 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi verilmişdir. 0.08 ha torpaq sahəsinə JN-322A KOD-61008078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sashəsi onların adındadır. Ancaq həmin sənəddə adları olan şəxslərin soyadlarında və adlarında səhvlik baş vermişdir. Dövlət aktlarında səhvlik olması onları bir sıra çətinliklər yaradır. Belə ki, onların soyadı Ərizəçi4 olduğu halda soyadı səhvən Mamedova Xatirə Nurəddin qızı kimi, X13 olduğu halda soyadını və adını səhvən X15 olduğu halda soyadını və adını səhvən Mamedova Sevil Nurəddin qızı kimi, Ərizəçi3 olduğu halda adını və soyadını səhvən X2, X22 olduğu halda soyadını səhvən X42 oğlu kimi, X48 qızı olduğu halda soyadını səhvən Mamedova Röyalə Mirzə qızı kimi, XXX Ərizəçi1 olduğu halda soyadını və adını X19 qeyd edilib. X30 07 sentyabr 2020-ci il tarixdə, Məmmədova Sevinc Nurəddin qızı isə 25 sentyabr 2015-ci il tarixdə vəfat etmişdir. Qeyd olunmuş yanlışların JN 322 A KOD ********* saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Hal-hazırda JN-322A KOD 61008078 saylı dövlət aktında qeyd olunmuş yanlışların düzgün qeyd edilməsini istəyirlər, çünki bu onlara bir sıra çətinliklər yardır. Məhkəmə iclasında Ərizəçi4 qızı ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər ərizəçilər ərizəçi Ərizəçi4 etibarnamə verimşdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə Ərizəçi4 izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Məmməddova Narınc Nurəddin qızı 17 may 1975-ci ildə doğulmuşdur. İş materiallarında olan Seriya AZE ******** nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxx 1975-ci ildə Yevlax rayonunda doğulmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, XXX Ərizəçi1 xx xxx 1996-cı ildə doğulmuşdur. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli, 1167-05/69 nömrəli arayışdan müəyyən olunur ki, XXX Ərizəçi1 xx xxx 1996-cı ildə Bərdə rayonunda anadn olmuşdur, atası Məmmədov Vaqif oğlu, anası Ərizəçi4dır. İş materiallarında olan AZE 15212711 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 09 oktyabr 1974-cü ildə Yevlax şəhərində doğulmuş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır. İş materaillarında olan AZ-İİ 182055 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 25 sentyabr 2015-ci ildə ölmüşdür. İş materaillarında olan AZ-İİ 093864 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 06 sentyabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan İV-JQ 495642 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 ilə X35 arasında olan nikah 14 aprel 1989-cu ildə rəsmi olaraq qeyd edilmişdir. İş materiallarında olan AZ-10524 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Camalova Xalidə Oruc qızı 1947-ci ildə doğulmuşdur, atası Camalov Oruc Nəcəf oğlu, anası Camalova Xanım Qara qızıdır. İş materiallarında olan AZ-İ 139499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məmmədova Xatirə Nurəddin qızı xx xxxxxxx 1974-cü ildə doğulmuşdur. Atası X24, anası X27r. İş materiallarında olan 19 may 2021-ci il tarixli, 598-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X35 11 fevral 2002-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu Kələntərli kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 216 nömrəli, 16 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Tağıyeva Röyalə Mirzə qızı vəfat edəndə kimi Bərdə rayonu Alaçadırlı kəndində yaşamış, vəfatından sonra bacısı Ərizəçi3, bacısı Ərizəçi4, X17 və XXX Ərizəçi1 Vaqif oğlu adlı ailə üzvləri qalmışdır. İş materiallarında olan JN-322A nömrəli, kod 61008078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarın əsasən X25, X10, X6, Mamedov Xatirə Nurəddin qızının, X12, Mamedova Röyalə Mirzə qızının və X33 mülkiyyətinə Bərdə rayonu, Alaçadırlı kəndində 0,08 hektar həyətyannı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********1 nömrəli 19 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi4 JN-322A saylı Dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN- 322 A KOD 61008078 saylı Dövlət aktının XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğluna, Ərizəçi3, Ərizəçi4, məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X25, X10, X6, Mamedov Xatirə Nurəddin qızının, X12, Mamedova Röyalə Mirzə qızının və Mamedov Umud Vaqif oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-322 A KOD 61008078 saylı dövlət aktının XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğluna, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X25, X10, X6, Mamedov Xatirə Nurəddin qızının, X12, Mamedova Röyalə Mirzə qızının və Mamedov Umud Vaqif oğlunun adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-322 A KOD 61008078 saylı dövlət aktının XXX Ərizəçi1, Ərizəçi2 Nurəddin oğluna, Ərizəçi3 və Ərizəçi4, məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-2969/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2969/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver