Məhkəmə qərarları › İş №2(021)-2976/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2976/2021

26.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2976/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Kazım oğlunun iştirakı ilə, İddiaçı Süleymanov Firdovsi Kazım oğlunun cavabdeh Cavabdeh qarşı pay torpağıından çıxarılma, qanunsuz hasarlamaqla bağlanmış gediş-gəliş yolunun açılması, təsərrüfatlardan istifadə edilməsinə törədilən maneçilikləriə son qoyulması tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Süleymanov Firdovsi Kazım oğlunun cavabdeh Cavabdeh qarşı pay torpağıından çıxarılma, qanunsuz hasarlamaqla bağlanmış gediş-gəliş yolunun açılması, təsərrüfatlardan istifadə edilməsinə törədilən maneçilikləriə son qoyulması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsində göstərilir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ İddiaçı Süleymanov Firdovsi Kazım oğlunun cavabdeh Cavabdeh qarşı pay torpağıından çıxarılma, qanunsuz hasarlamaqla bağlanmış gediş-gəliş yolunun açılması, təsərrüfatlardan istifadə edilməsinə törədilən maneçilikləriə son qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar