Məhkəmə qərarları › İş №2(021)-2986/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2986/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2986/2021 30.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Süleymanov Anar Tahir oğlunun Cavabdehnə qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, əmlakın həbsdən azad edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdehnə qarşı hazırkı iş üzrə olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Pois İdarəsinin 13 may 2020-ci il tarixli, 37122646 nömrəli qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş Bərdə Rayon Dövlət Yol Polis Bölməsinin 13 may 2020-ci il tarixli AP 125194 nömrəli protokol mülkiyyət hüququ pozulduğudan qanunsuz hesab edilməsinə və avtomaşınına qoyulmuş həbsin götürlüməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə Əliyev Vaqif Sahib oğlunun sahibliyinə və istifadəsinə vermişdir. Ona məxsus avtomaşın Vüqar Əliyevin sahibliyində olduğu müddətdə Qasımov Elnaməddin Arif oğlu adlı şəxs 09 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində, sərxoş halda Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində ona məxsus, “Mersedes-Benz C-220 CDİ” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz ələ keçirdikdən sonra hərəkətdə olarkən həmin küçədə dayanmış vziyyətdə olan X17 oğluna məxsus “VAZ-21065” minik markalı, **-BR-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra Ü.Hacıbəyov küçəsində əks istiqamətdə hərəkətdə olan Eyvazov Şöhrət Qulam oğlunun idarə etdiyi “Tofaş-Şahin” minik markalı **- CU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətməklə ona məxsus “Mersedes-Benz C-220 CDİ” min ik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilinə 5260 manat maddi ziyan vurub talama məqsədi olmadan avtomobilini qaçırmışdır. Həmin iş üzrə Bərdə Rayon Məhkəməsinin 13 msy 2020-ci il tarixli, 1(021)- 51/2020 saylı hökmü ilə Qasımov Elnaməddin Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin185.2.4-cü maddəsində nəzərdə tutulan ciayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmiş və iş üzrə maddi sübut kimi tanınmış Əliyev Vüqar Fazil oğluna etibarnamə ilə məxsus olan, “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmamışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol X18 Polkovnik leytenantı Əliyev Azər Hidayət oğlunun 13 may 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və Bərdə Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 3(021)-309/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X8 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 800 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Daha sonra isə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Polis polkovnik leytenantı Əliyev Azər Hidayət oğlunun 13 may 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarına əsas olmuş Bərdə rayon Yol Polis Bölməsinin 13 may 2020-ci il tarixli AP 125194 nömrəli protokolu əsasında ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı 99MH817 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Dəfələrlə BDYPİ-nin Bərdə rayon Şöbəsinə həbsin götürülməəsi barədə müraciətlər etsə də, problem müsbət həllini tapmamışdır, həbsin götürülməsi onların səlahiyyətində olmadığını bildirmişdirlər. Ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qəbul olunmuş protokol və qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və avtomaşınının üzərindən həbs götürülməlidir. Belə ki, ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin X8 tərəfindən qaçırılmasına və avtoqəza nəticəsində ona ziyan dəyməsinə baxmayaraq yekunda Bərdə Rayon Dövlət Yol Polis Bölməsinin 13 may 2020-ci il tarixli AP 125194 nömrəli protokolu əsasında onun avtomobilinin üzərinə həbs qoyulmamışdır. İnzibati tənbeh növü olan 800 manat məbləğində olan pul X4 tutulmalı olduğu halda, həmin məbləğin onun mülkiyyətində olan avtomaşına yönəldilməsi onun mülkiyyət hüquqlarını kobud şəildə pozulması ilə nəticələnir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Pois İdarəsinin 13 may 2020-ci il tarixli, 37122646 nömrəli qərarının ləğv edilməsini və avtomaşınına qoyulmuş həbsin götürlüməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bərdə Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Tahir oğlu xx xxxx 1980-ci ildə Xankəndində doğulmuş, Xankəndi şəhərində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Cavabdeh tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 138-22296Ə nömrəli məktubdan müəyyən olunur ki, Qasımov Elnaməddin Arif oğlu 09 yanvar 2020-ci il tarixdə, saat 21 radələrində, sərxoş halda, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz ələ keçirdikdən sonra hərəkət edərək həmin küçədə dayanmış vəziyyətdə olan Məmmədov Dağıstan Sovet oğluna məxsus “Vaz- 21065” minik markalı, ** BR *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə toqquşmaqla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobillə toqquşmaqla baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə 404 manat maddi ziyan vurmuş, daha sonra Ü.Hacıbəyov küçəsində əks istiqamətdə hərəkətdə olan X9 idarə etdiyi “ Tofaş -Şahin” minik markalı, ** CU *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq sürücü Şöhrət Eyvazova ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığına qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər və avtomobilinə 7189 manat maddi ziyan vurmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törətməklə ona məxsus “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilə xeyi miqdarda, yəni 5260 manat maddi ziyan vurub talama məqsədi olmadan avtomobilini qaçırmışdır. Törətdiyi əməlinə görə Qasımov Elnaməddin Arif oğlu Bərdə rayon məhkəməsinin 13 may 2020-ci il tarixli hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarına əsasən X16 oğlu Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsin ilə təqsirli bilinib barəsində 800 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Bərdə RPŞ-in DYPB-i tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, 09 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Kətəlparaq kənd sakini X2 halda, sürücülük hüququ olmadan, ona məxsus olan Mersedes-Benz C-220 CDİ markalı ** MH *** dövlət nömrə nişanlı avtomobili qanunsuz ələ keirməklə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində manevr qaydalarını pozaraq dayanmış vəziyyətdə olan VAZ-21065 markalı ** BR *** və hərəkətdə olan Tofaş Şahin markalı, 10 JU 596 dövlət nömrə nişanlı avtomobillərlə toqqquşmuş, avtomobilli sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Bərdə rayonu Kələntərli kənd sakini Qasımov Elnaməddin Arif oğlu tərəfindən avtomaşına qaçırılması faktı üzrə Bərdə rayon Polis Şöbəsində 10 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanmış, sonaradn həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir. Aparılan cinayət işində təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərtkib əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYP-nə göndərilmişdir. Bərdə RPŞ-in İB-in qərarına əsasən DYPB-də inzibati xəta törətməkdə təqsirli bilinərək Məmmədov Elnaməddin Arif oğlu barəsində 13 may 2020-ci il tarixdə Cavabdeh DYPB-də AP-0125194 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsində X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 800 manat məbləğində inzibati cərimmə tənbehi tətbiq edilərək icraya yönəldilmiş və qərar BDYPİ-nə göndərilmişdir. Qeyd olunan cərimə və dəbbə pulu ödənilmədiyindən Mersedes-Bens markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomaşının cərimə meydançasına yerləşdirilməsi barədə həbs qoyulmuşdur. İş materiallarında olan Bərdə RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə protokol tərtib edilmiş və 800 manat cərimə edilmişdir. İş materiallarında olan 1(021)-51/2020-ci il tarixli 13 may 2020-ci il tarixli hökmünə əsasən, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli tutulduğu andan yəni 10 yanvar 2020-ci il tarixdən hesablanmış, Qasımov Elnaməddin Arif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və iş üzrə maddi sübut kimi tanınmış Əliyev Vüqar Fazil oğluna etibarnamə ilə məxsus Mersedes Benz C- 220 CDİ minik markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin sabinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 3(021)- 309/2020 nömrəli qərarının surətindən müəyyən olunur ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 800 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-2791/2020-ci il tarixli 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Əliyev Vüqar Fazil oğlunun cavabdeh Cavabdehnə qarşı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə onun təqsiri olmadan həbs qoyulması iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, yazılmış cərimənin iddiaçıya aid olmadığından onun avtomobilinin üzərinə həbsin qoyulması qanuni və ədalətli hesab edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Süleymanov Anar Tahir oğlunun Cavabdehnə qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Pois İdarəsinin 13 may 2020-ci il tarixli, 37122646 nömrəli qərarı ləğv edilsin və İddiaçı mülkiyyətində olan “Mersedes-Benz C-220 CDİ” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar