Məhkəmə qərarları › İş №2(021)-3020/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3020/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3020/2021 25.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X20 katibliyi Ərizəçi Ərizəçi və Maraqlı şəxs X7 nümayəndəsi, həmçinin maraqlı şəxs X8 Maraqlı şəxslər X11 və X3 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X17 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Alpoud kəndində verilmiş 0.40 ha torpaq sahəsinə verilmiş JN-029A KOD-61001018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Alpoud kəndində yerləşən 0.40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-029A KOD-61001018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Belə ki, JN-029A KOD-6100101 8 saylı dövlət aktında onun adında səhflik baş vermişdir. Dövlət aktında səhvlik olması ona bir sıra çətinliklər yaradır. Belə ki, onun soyadı və adı Ərizəçi olduğu halda soyadını və adını səhvən X2 qeyd edilib. Qeyd olunmuş yanlışın JN-029A KOD-61001018 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN- 029A KOD-61001018 saylı dövlət aktında qeyd olunmuş yanlışların düzgün qeyd edilməsini istəyir, çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi, maraqlı şəxs X9 nümayəndəsi, həmçinin maraqlı şəxs X14 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X19 göstərmişdir ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Alpoud kəndində 0.40 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında oğlu Ərizəçi soyadı və adı səhvən X2 qeyd edilmişdir. Əslində isə oğlunun soyadı və adı Ərizəçidur. Ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxs X15 göstərmişdir ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə onlara Bərdə rayon Alpoud kəndində 0.40 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında qardaşı Ərizəçi soyadı və adı səhvən X2 qeyd edilmişdir. Əslində isə qardaşının soyadı və adı Ərizəçidur. Ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X21, Hüseynova Hicran Mikayıl qızı və X26 göstərmişdir ki, ərizəçi qohumlarıdır. Ərizəçinin adına verilmiş şəhadətnamədə Ərizəçi adı Eltun olduğu halda səhvən Elgün, soyadı İsmayılzadə olduğu halda səhvən İsmayılov kimi qeyd edilmişdir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-029A saylı KOD 61001018 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Alpoud kənd sakinləri X4, X12, X5, X16 və X13 mülkiyyətinə 0,40 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 531 saylı 03 avqust 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi adı JN-029A saylı şəhadətnamədə texniki səhv olaraq X18 yazılmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 700 saylı 14 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi 02 nömrəli təsərrüfat başına kitabına əsasən ailə tərkibi: 1) 19.12.1950-ci il təvəllüdlü X1; 2) 20 mart 1967-ci il təvəllüdlü X10; 3) 10 oktyabr 1997-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan A 469752 ümumi orta təhsil haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 2014-cü ildə Bərdə rayon N.Hüseynov adına Alpoud kənd ümumi orta təhsili bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********65 nömrəli 04 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi qızı JN-029A saylı şəhadətnamədə adı və soyadının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 61001018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X13 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 61001018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X13 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-029A KOD 61001018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar