Məhkəmə qərarları › İş №2(021)-3023/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3023/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3023/2021 05.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Behbud oğlunun iştirakı ilə, Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı X5 28 dekabr 2020-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum arvadı X7 01 iyul 1957-ci ildə anadan olmuşdur, 28 dekabr 2020-ci ildə isə xəstəlikdən vəfat etmişdir. X1 Bərdə rayonu Mustafaağalı kənd qəbristanlığında dəfn edimişdir. Lakin həmin vaxt mərhum X6 ölüm haqqında şəhadətnaməni başa düşmədiyindən almamışdır. Hazırda isə arvadının ölüm haqqında şəhadətnaməsinə bəzi sənədlərin düzəldilməsi üçün ehtiyac var. Bu səbəbdən də Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin ölümdən uzun müddət keçdiyindən Qeydiyyat Şöbəsi həmin şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında izahatında şahid qismində dindirilmiş X8 göstərdi ki, ərizəçi onun qoşusudur. X7 ərizəçi Ərizəçi Həbib oğlunun arvadıdır, Seyidova Nəzakət 28 dekabr 2020-ci ildə vəfat edib, Mustafaağalı kəndində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayonu,Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 250 nömrəli, 02 avqust 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X7 28 dekabr 2020-ci ildə vəfat etmiş, Bərdə rayonu, Mustafaağalı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Behbud oğlu xx xxxxxx 1954-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 280 nömrəli, 24 avqust 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. İş materiallarında olan İ-JQ 441287 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X9 arasında nikah 05 dekabr 1977-ci ildə 56 sayla qeyd edilmişdir, nikahdan sonra arvada Seyidova soyadı verilmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X7 28 dekabr 2020-cil ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs 20 avqust 2021-ci il tarixli, 555-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Behbud oğlu ölüm haqqında şəhadətnamə almaq üçün müraciətinə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Quliyeva Rəfiqə Hüseyin qızının 15 aprel 1993-cü ildə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. 28 dekabr 2020-ci ildə anadan olmuş X4 28 dekabr 2020-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar