Məhkəmə qərarları › İş №2(021)-3032/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3032/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3032/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi X8 iştirakı ilə, Ərizəçi X8 doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Ağzadə Günay Nazim qızı ərizə ilə məhkəməyə müraciət edərək 10 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş Vahidova Gülnur Sənan qızının doğum faktının müəyyən olunmasına, atası X13, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X14 ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Vahidov Sənan Bulud oğlu ilə 28 fevral 2017-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Oların birgə nikah dövründə üç uşaqları anadan olmuşdur, lakin baş qarışdığından 10 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqındda şəhadətnamə ala bilməmişlər, hal-hazırda övladına doğum haqqında şəhadətnamə almaq istəyir, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orda isə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Məhkəmə iclasında ərizəçi Ağzadə Günay Nazim qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7 bildirdi ki, ərizəçinin qohumudur. X3 ilə rəsmi olaraq ailə qurub evlənmişdir, onların üç uşağı var, lakin başları qarışıq olduğundan 10 sentyabr 2018-ci il təvəllüdlü X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda qoğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid Cəbrayılova Rübabə Bulud qızı şahid Ağayeva Səliyqə Soltan qızının izahatna uyğun izahat verdi. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE 17975513 nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X7 06 oktyabr 1964-cü ildə Bərdə rayonu, yeni Əyricə kəndində doğulmuşdur, Bərdə rayonu, Qaraqoyunlu kəndinddə qeydiyyatdadır. İş materiallarında olan AZE 02924377 nömrəli şəxsiyyət vəqisəqinin surətindən müəyyən olunur ki, Cəbrayılova Rübabə Bulud qızı 18 mart 1951-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Koroğlu küçəsi ev 35 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Vahidov Sənan Bulud oğlu 02 mart 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağazzadə günay Nazim qızı 16 may 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4784 nömrəli 20 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X13 Bərdə şəhəri, M.F.Axundov küçəsi 3 ünvanında yaşayır. İş materiallarında olan AZ-İİ 167562 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Vahidov Sənan Bulud oğulu ilə Ağazadə Günay Nazim qızı arasında nikah 28 fevral 2017-ci ildə 265 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan ilkin səhiyyə Xidməti tərəfindən verilmiş 856 nömrəli, 20 avqust 2021ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə vahidov Sənan Bulud oğlu və Ağazadə Günay Nazim qızının birgə nikah dövründə 10 sentyabr 2018-ci il təvəllüdlü Ağazadə-- ---Günay qızı İlkin Səhiyyə Xidmətinin Ailə sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülmüşdür, Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olundu, praktiki sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş 1934 nömrəli 20 avqust 2021-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, 10 avqust 2018-ci il təvəllüdlü Ağazadə ---- Günay qızı hal-hazırda yaşayırr və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 550-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, və Ərizəçi Nazim qızının Bərdə şəhərində bir qız övladının doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alıması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 10 avqust 2018-ci ildə Bərdə şəhərində bir qız övladının doğulması, atası X11, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar