Məhkəmə qərarları › İş №2(021)-3050/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3050/2021

05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3050/2021 05.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Borclu X12 oğlunun Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)- 3050/2018 nömrəli əmrinin ləğv edilməsi barədə vermiş olduğu etiraza dair işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli əmri ilə borclu 10 avqust 1989-cu il təvəllüdlü X4, 01 oktyabr 1962-ci il təvəllüdlü X3, 14 aprel 1956-cı il təvəllüdlü Rüstəmova Ətrabə Fərman qızında müştərək "xxxx" ASC-nin xeyrinə əsas məbləğ üzrə 669 manat əsas, 441 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 1130 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20 manat pul tutulması qərara alınmışdır. Borclu Hümbətov Abbas Məzahir oğlu 16 aprel 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli məhkəmə əmrininin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmə X1 etirazını və iş materiallarını müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)- 3050/2018 nömrəli məhkəmə əmri ləğv edilməsinə dair X1 etirazı ərizəsi təmin edilməməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli məhkəmə əmrinin surəti borclu X12 oğlunun ünvanına göndərilmiş, daha sonra 04 iyun 2018-ci il tarixdə icra edilməsi üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Sonra iş üzrə borclu Rüstəmova Ətrabə Fərman qızı əmrin ləğv edilməsi ilə bağlı 30 avqust 2018-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 30 avqust 2018-ci il tarixli qərardadı ilə etiraz ərizəsi geri qaytarılmıışdır. Borclu X7 etiraz ərizəsinə əlavə etdiyi hesabdan çıxarışdan müəyyən olunur ki, borclu X7 əmək haqqından tutulmalar olmuşdur. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli, 132383/11 nömrəli məktubda göstərilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli icra sənədinə əsasən tələb 132383/02 nömrəli, 23 iyul 2018-ci il tarixli məktubla borclu X6 əmək haqqısına, 132383/11 nömrəli 19 yanvar 2021-ci il tarixli məktubla isə X1 əmək haqqısına yönəldilmə olmuşdur. İş materiallarında olan Bərdə Rayon İcra və probasiya Şöbəsinin 26 aprel 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının sürətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinnin 2(021)-3050/2018 saylı, 13 iyun 2018-ci il tarixli icra vərəqəsi üzrə icra işinin icraatına borc tam ödənildiyindən xitam verilmişdir. Azərbaycan Respulikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, borclu X12 oğlunun Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli məhkəmə əmrindən vaxtında xəbəri olmuşdur, lakin həmin vaxt əmrə etirazını bildirməmişdir, Beləliklə də qanunla müəyyən edilmiş əmrə etiraz etmək müddətini keçirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi ilə borclularda tutulmuş borc ödənildiyindən, icra işi üzrə icraata xita verildyindən artıq məhkəmənin əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268, 282-283cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hümbətov Abbas Məzahir oğlunun Bərdə Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(021)-3050/2018 nömrəli məhkəmə əmerindən verdiyi etiraz təmin edilməsin. Qərardaddan, məhkəmə islasında bilavasitə iştirak edən və şikayət vermək hüququna malik olan şəxslər elan olunduğu vaxtdan, məhkəmə iclasında iştirak etməyən və şikayət vermək hüququna malik olan digər şəxslər isə qərardadın surətinin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar