Məhkəmə qərarları › İş №2(021)-3088/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3088/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3088/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Balakişiyev Etibar Cəmil oğlunun iştirakı ilə, Ərizəçi Balakişiyev Etibar Cəmil oğlunun doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onuun 01 yanvar 1953-cü il tarixdə ünvan 3ində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 1953-cü il tarixdə, Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuşdur, atası X4, anası isə Balakişiyeva Ağca Məşədimusa qızıdır. O, anadan olan zaman valdeyinləri ona doğum haqqında şəhadətnamə almışlar, o, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Lakin naməlum səbəblərdən o, doğum haqqında şəhadətnaməni itirmiş və heç bir zaman şəxsiyyət vəsiqəsi almamışdır. SSRİ pasportu olmuşdur və o, həmin pasport ilə rəsmi olaraq ailə həyatı qurmuşdur və birgə nikah dövründə övladları anadan olmuşdur. Hal-hazırda o, COVİD-19 pandemiyası ilə əlaqədar Covid-19 vaksini vurdurmaq istəyir. Vaksini vurdurmaq üçün isə ondan şəxsiyyət vəsiqəsi tələb edirlər. O, isə sağlamlığı üçün vaksin vurdurmaq istəyir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün vaksini vurdura bilmir. Bu isə ona bir sıra problemlər yaradır. Şəxsiyyət vəsiqəsi almaq üçün isə Bərdə regional Asan Xidmət Mərkəzinə müraciət etikdə isə ondan doğum haqqında şəhadətnamə istəyirlər. Hazırda ona şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Orda isə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Məhkəmə iclasında ərizəçi Balakişiyev Etibar Cəmil oğlu ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X11 bildirdi ki, ərizəçinin qardaşıdır, qardaşı Ərizəçi oğlu 01 yanvar 1953-cü ildə anadan olub, valdeyinləri ona doğum haqqında şəhadətnamə alıb. Hal-hazırda qoğum faktının müəyyən edilməsi ona şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Məhkəmə iclasında şahid Balakişiyev Elbrus Cəmil oğlu şahid X5 izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X17 oğlu 12 aavqust 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 16904532 nömrəli şəxsiyyət vəqisəqinin surətindən müəyyən olunur ki, Balakişiyev Elbrus Cəmil oğluu 20 aprel 1980-ci ildə Xanlar rayonu, Qırmızı Samux kəndində doğulmuşdur, Bərdə şəhəri, M.Müşfiq küçəsi ev 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2 dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1331 nömrəli 30 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 3i ünvanında yaşayır. İş materiallarında olan İİ-JQ 414644 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi oğulu ilə X8 arasında nikah 15 aprel 1981-ci ildə 16 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan Vİİİ-JQ 291488nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Balakişiyev Mübariz Etibar oğlu 21 iyun 1977-ci ildə doğulmuşdur, atası Ərizəçi Cəmil oğlu, anası Balakişiyeva Gülşən Abbas qızıdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 571-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Balakişiyev Cəmil Süleyman oğluunun 01 yanvar 1953-cü il tarixdə ünvan 3ində doğulması, atası X4, anası Balakişiyeva Ağca Məşədimusa qızı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alıması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Balakişiyev Cəmil Süleyman oğlunun 01 yanvar 1953-cü il tarixdə ünvan 3ində doğulması, atası X4, anası Balakişiyeva Ağca Məşədimusa qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar